Təhsil naziri 6 rayonun təhsil ictimaiyyəti ilə görüşüb
Elm və təhsil

Təhsil naziri 6 rayonun təhsil ictimaiyyəti ilə görüşüb

Martın 2-də təhsil naziri Emin Əmrullayev Lənkəran rayonuna səfəri çərçivəsində Lənkəran, Masallı, Astara, Cəlilabad, Yardımlı və Lerik rayon təhsil şöbə müdirləri, müdir müavinləri və məktəb direktorları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı sözügedən bölgələrdə təhsil sahəsi üzrə mövcud problemlər və onların həlli ilə bağlı fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar və görüləcək işlər müzakirə olunub.

Görüşdə yerli təhsili idarəetmə qurumlarına müvafiq tapşırıqlar verilib, həmçinin təkliflər dinlənilib və suallar cavablandırılıb.

AZƏRTAC