Tədarük məntəqələrinə 328 ton yaş barama təhvil verilib
İQTİSADİYYAT

Tədarük məntəqələrinə 328 ton yaş barama təhvil verilib

Respublikada barama istehsalı mövsümü başa çatmaq üzrədir. Bu il Azərbaycanın 41 rayonunda yaş barama tədarük olunur. Bugünədək kümçülər tərəfindən tədarük məntəqələrinə 328 ton yaş barama təhvil verilib. 13 iyun Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Artıq bəzi rayonlarda barama tədarükü başa çatıb. 2023-cü ildə respublika üzrə ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Zərdablı kümçülər tədarük məntəqələrinə 52,865 ton yaş barama təhvil veriblər. Ağcabədi (34,326 ton), Zaqatala (27,865 ton), Balakən (27,855 ton), Bərdə (20,982 ton), Tərtər (14,475 ton), Füzuli (10,361 ton), Lənkəran (9,818 ton), Sabirabad (9,287 ton), Ağdam (9,157 ton) və Yevlax (8.425 ton) ən çox yaş barama tədarük edən rayonlardır.

Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Yaş barama tədarükü davam edir.

“Respublika”.