TDT-dən Azərbaycanla bağlı paylaşım
Siyasət

TDT-dən Azərbaycanla bağlı paylaşım

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini və diplomatik nümayəndəliklərin bütün xidmət əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

“Respublika” xəbər verir ki, bu barədə TDT-nin sosial media hesabında paylaşım edilib. 

iyul – Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günü münasibəti ilə yayılan məlumatda deyilir:

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərin bütün diplomatik xidmət əməkdaşlarını səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.