Tarixi ədalətin bərpasına dünya şahidlik edir
Siyasət

Tarixi ədalətin bərpasına dünya şahidlik edir

İşğaldan azad olunan ərazilərdə həyat yenidən başlayır

Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti Ermənistanın baş nazirinin imzaladığı Bəyanata əsasən, 2020-ci il dekabrın 1- Laçın rayonu bir güllə atılmadan Ermənistan ordusu tərəfindən boşaldıldı. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm siyasi-diplomatik müstəvidə qələbəsidir.

Respublikamızın füsunkar guşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Ümumi sahəsi 1835 kvadratkilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir.

Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, bu çay da Araz çayına qovuşur.

Azərbaycanın "qala qapısı" adlandırılan Laçın rayonu strateji cəhətdən olduqca mühüm əhəmiyyətə malik bir ərazi sayılır. Şuşanın işğalının ardından artıq Laçın, demək olar ki, hər an erməni hücumu ilə üz-üzə dayanmışdı: "Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edildi. Bu, ölkəmiz üçün, laçınlılar üçün böyük faciə idi bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi". Bu fikirləri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən söyləyib.

AXC-Müsavat cütlüyü hakimiyyətə can atır, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər. Hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Tarixi faktlar, araşdırmalar təsdiq edir ki, Laçının işğal edilməsində əsas faktor AXC Mütəllibov arasındakı hakimiyyət davası oldu. Ayaz Mütəllibov hakimiyyətə gələcəyi, daha doğrusu, yenidən öz prezidentlik postunu geri qaytaracağı təqdirdə Şuşanı yenidən Azərbaycana qaytaracağına söz vermişdi. AXC isə nəyin bahasına olursa-olsun, bunun qarşısını almağa çalışırdı o zaman AXC torpaq deyil, hakimiyyət haqda düşünürdü.

Laçın Kəlbəcər rayonları işğal edilərkən faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı. Laçın rayonu 1992-ci ilin mayında, Kəlbəcər rayonu 1993- il aprelin əvvəlində işğal altına düşmüşdü beləliklə, ermənilər öz arzularına çatmışdılar. Onlar hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Hesab edirdilər ki, buna nail olacaqlar. Görürdülər ki, onlara himayədarlıq edən bir neçə ölkə, onların cinayətlərinə göz yuman, bu məsələ ilə bilavasitə məşğul olan təşkilat buna biganə qaldı. Sanki onlara bəraət qazandırırdılar. Bu isə onları daha da azğınlaşırdılar. İşğalın ilkin mərhələsində bizim bütün yaşayış məntəqələrimizi dağıtmışdılar.

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri, o cümlədən, 31 nəfəri hər iki valideynini itirib. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər rayonlarına, "Taxtakörpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşüb. İşğal dövründə Laçın rayonuna Ermənistan vətəndaşları hətta son vaxtlar Livandan ermənilər köçürülüb ki, bütün bunlar Ermənistan tərəfinin növbəti çirkin siyasətinin təzahürüdür. Belə bir köçürmə əlbəttə ki, beynəlxalq hüququn norma prinsiplərinin kobud şəkildə pozulması faktıdır. Azərbaycan tərəfi bu köçürmələri beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.Təbii ki, erməni əsilliləri əraziyə köçürməklə Ermənistan yenə növbəti saxtalaşdırmaya cəhd edib, amma faktlar təsdiq edir ki, bu inzibati rayonun əhalisinin böyük əksəriyyəti məhz azərbaycanlılar olub, ermənilər isə azlıq təşkil ediblər.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci il dekabrın 1- Laçın rayonu işğaldan azad olundu. Bu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamı idi. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir: "Laçın rayonunun Laçın şəhərinin işğaldan azad edilməsi, bir daha demək istəyirəm ki, tarixi hadisədir. Bizim bütün şanlı Vətən müharibəmiz şanlı tariximizdir. Ancaq xüsusi strateji əhəmiyyətini, çətin relyefi, ağır, soyuq iqlimi nəzərə alsaq, Laçın Kəlbəcər rayonlarının azad edilməsi xüsusi əhəmiyyət kəsb edir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il sentyabrın 21- Laçın şəhərinə səfərində bildirib.

Bu gün yenə Laçın Azərbaycanın nəzarətindədir tarixi ədalətin bərpasını müşahidə edirik. Bunu tək biz yox, bütün dünya da gördü. Gördü ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu, düşünülmüş, uzaqgörən siyasəti, qətiyyəti rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı geri qaytardı, işğaldan azad etdi düşmənlərinə sübut etdi ki, heç bir ölkə Azərbaycan torpaqlarının bir qarışını da ala, ələ keçirə bilməz. Olkə başçısının vurğuladığı kimi, 2021-ci il 26 avqust tarixində Laçın şəhəri ilə birlikdə Zabux Sus kəndləri işğalçılardan azad edilmişdir. Yəni, bütün bu tarixi biz heç vaxt unutmamalıyıq: "Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli bayrağımız dalğalanır".

Mustafa KAMAL,

"Respublika".