Şuşada basketbol üzrə qadın seriyasının mərhələ yarışı
İdman

Şuşada basketbol üzrə qadın seriyasının mərhələ yarışı

Şuşa 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışına ev sahibliyi edir. Bu barədə 13 iyun GİN-dən bildirilir. Bu gün yarışdan öncə maraqlı qarşılaşma təşkil edilib. Belə ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi əməkdaşları arasında yoldaşlıq görüşü keçirilib. Dostluq şəraitində başa çatan oyunun yekununda Elm və Təhsil Nazirliyinin komandası qalib gəlib.

“Respublika”.