Su və meliorasiya işçiləri əzmlə çalışırlar
Region

Su və meliorasiya işçiləri əzmlə çalışırlar

GƏNCƏ

Gəncədə də melioratorların peşə bayramı böyük fərəh və sevinc hissi ilə qeyd edilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinin sədri Şöhrəddin Verdiyev və melioratorlar Gəncə Şəhəri Heydər Əliyev meydanında ümummilli liderin əzəmətli abidəsini ziyarət edib, tər gül dəstələri düzərək, böyük ehtiramla yad ediblər.

Qeyd edək ki, meliorasiya işçilərinin şərəfli əməyinə yüksək qiymət verən praqmatik dövlət başçısı İlham Əliyev 5 iyunun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü peşə bayramı kimi daha geniş miqyasda qeyd olunması barədə 14 may 2014-cü il tarixli sərəncam imzalayıb. Möhtərəm Prezidentimizin daimi diqqət və qayğısının nümunəsi kimi bu sənədin imzalanması su və meliorasiya işçilərini öz çətin və şərəfli fəaliyyətlərinə daha da həvəsləndirir. Bu gün melioratorlar ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatı üçün üzərlərinə düşən vəzifələri yerinə yetirirlər.

Zabit XƏLİLOV,

“Respublika”.