Strateji əməkdaşlıq inkişaf edir
Siyasət

Strateji əməkdaşlıq inkişaf edir

Azərbaycan öz strateji mövqeyi ilə bir çox xalqların, dövlətlərin ən etibarlı tərəfdaşıdır. Hələ SSRİ hakimiyyəti zamanında bir çox ölkələrlə əməkdaşlıq edib. Bu ölkələrdən biri Latviyadır. Hər iki ölkə Sovet hakimiyyəti illərində müttəfiq respublika olublar. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.

Latviya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. XXI əsrin əvvəllərində hər iki ölkəninin səfirlikləri açılıb. Azərbaycan-Latviya arasında iqtisadi-siyasi əlaqələr günü-gündən inkişaf edir. Dost ölkələrin hər ikisində 30-a yaxın birgə şirkət fəaliyyət göstərir. Buna misal olaraq Latviyanın "Cleantech Latvia Cluster" şirkətini nümunə göstərmək olar. Şirkət Azərbaycanda kənd, su təsərrüfatı, informasiya texnologiyaları, peşə təhsili, inşaat mühəndislərinin sertifikatlaşdırılması kimi sahələrdə fəaliyyət üçün mövcud imkanlara malikdir. İki ölkə arasında bu strateji əməkdaşlığı beynəlxalq arenada da təsdiq etmək gücləri birləşdirmək məqsədilə 2017-ci il iyulun 17- "Strateji Tərəfdaşlığın Yaradılması Haqqında birgə Bəyannamə" imzalanıb. Bəyannaməyə əsasən rabitə, nəqliyyat, texnologiya, elm tikinti sahələri üzrə müvafiq sənədlər imzalanıb. Dövlət başçımız Prezident İlham Əliyev Latviya ilə əlaqələri yüksək səviyyədə qiymətləndirir: "Bizim Latviyaya ixracımızı Latviyadan Azərbaycana idxalı artırmaq üçün yaxşı fürsətlər var. Biz əsasən sizin istehsal ixrac etdiyinizi idxal edirik, siz bizim istehsal ixrac etdiyimizi idxal edirsiniz. Bu, ticarət dövriyyəsini artırmaqla bağlı konkret layihələr üzərində işləmək üçün fəaliyyəti Hökumətlərarası Komissiya tərəfindən əlaqələndirilən biznes qruplarının işidir.

İqtisadi əməkdaşlığımızın digər vacib hissəsi qarşılıqlı sərmayə qoyuluşu ola bilər. Əlbəttə, mən Latviya şirkətlərini Azərbaycanda podratçı qismində işləməyə bir daha dəvət etmək istəyirəm. Azərbaycanda müxtəlif layihələri icra etmiş bir neçə Latviya şirkəti olmuşdur. Bu layihələr çox uğurlu yüksək səviyyədə icra edilmişdir. Buna görə şirkətlərinizin yaxşı ekspert biliyi, nüfuzu peşəkar səviyyəsi var. Biz Azərbaycanda sizin şirkətlər üçün maraqlı ola biləcək bir çox infrastruktur layihələrini həyata keçiririk. Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir".

Həmçinin Latviya prezidenti Egils Levits bildirib ki, Azərbaycan Latviyanın əsas ticarət tərəfdaşıdır.

Azərbaycanın regionda strateji güc, Avropanın etibarlı qaz-enerji tərəfdaşı olması Latviyanın ölkəmizlə münasibətə can atmasının əsas səbəblərindən biridir. Təsadüfi deyil ki, hələ 2018-ci ildə "Made in Azerbaijan" brendinin Latviya bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi genişləndirilməsinə dəstək göstərən Azərbaycan Ticarət Evinin əsası qoyulub. Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi Azərbaycan şirkətlərinin istehsal etdiyi 70 çeşidə yaxın şərab məhsulları, 26 çeşiddə konyak, 10 çeşiddə araq, 26 çeşiddə çay, 23 çeşiddə meyvə şirələri kompotlar, 70 çeşiddən çox digər məhsullar, o cümlədən bitki yağları, zeytun, fındıq, düyü, meyvə-tərəvəz, tekstil kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunub.

Zəfər qələbəmizdən sonrakı dövrdə Azərbaycan həmin ərazilərdə quruculuq işləri görməyə başlayıb. Həmçinin ölkəmizin strateji tərəfdaşları da bu prosesə öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər. Bu ölkələr arasında Latviya da xüsusi yer tutur.

Töhfə SƏMƏDOVA,

"Respublika".