Sovet dövründən qalma təyyarə Miçiqanda hava şousu zamanı qəzaya uğrayıb
Dünya xəbərləri

Sovet dövründən qalma təyyarə Miçiqanda hava şousu zamanı qəzaya uğrayıb

Sovet dövründən qalma MiQ-23 qırıcı təyyarə Miçiqan ştatında hava şousunda qəzaya uğrayaraq boş avtomobillərə çırpılıb.

"Respublika" "BBC"yə istinadən xəbər verir ki, pilot təyyarənin gücünü itirdiyini görüb və  düşməzdən bir neçə dəqiqə əvvəl sərnişinlə birlikdə təhlükəsiz şəkildə havaya qalxa bilib.

Qeyd edək ki, Pilot ciddi xəsarətlər alıb, sərnişin isə yüngül yaralanıb. Məsələ ilə bağlı Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının hava təhlükəsizliyi üzrə baş müstəntiqi Con Brannen açıqlama verib: "Əlbəttə ki, yerdə heç kimin xəsarət almaması böyük xoşbəxtlikdirr". 

Töhfə SƏMƏDOVA,

"Respublika".