Son on ilin ən gəlirli klub akademiyalarının siyahısı açıqlanıb
İdman

Son on ilin ən gəlirli klub akademiyalarının siyahısı açıqlanıb

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyada son on ilin ən gəlirli klub akademiyalarının adlarını açıqlayıb.

"Respublika" CIES-in rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçuların satışından əldə edilən gəlirlərə görə tərtib olunan və 100 klubun yer aldığı siyahıya Portuqaliya “Benfika”sı başçılıq edir. Lissabon təmsilçisi 2014-2023-cü illərdə ümumilikdə 516 milyon avro qazanc əldə edib.

İkinci pillədə Niderland "Ayaks"ı (376 milyon avro), üçüncü sırada isə Fransa “Lion”u (370 milyon avro) qərarlaşıb.

Son on ilin ən gəlirli klub akademiyaları:

1. “Benfika” (Portuqaliya) - 516 milyon avro

2. "Ayaks" (Niderland) - 376 milyon avro

3. "Lion” (Fransa) - 370 milyon avro

4. “Real Madrid” (İspaniya) – 364 milyon avro

5. “Çelsi” (İngiltərə) – 347 milyon avro

6. “Monako” (Fransa) - 325 milyon avro

7. “Sportinq” (Portuqaliya) – 306 milyon avro

8. "Tottenhem" (İngiltərə) – 256 milyon avro

9. “Mançester Siti” (İngiltərə) – 254 milyon avro

10. “Atalanta” (İtaliya) – 250 milyon avro