Şollar-Bakı kəmərinin istifadəyə verilməsindən 107 il keçir
Digər xəbərlər

Şollar-Bakı kəmərinin istifadəyə verilməsindən 107 il keçir

Bu gün dünyanın unikal su təchizatı qurğularından sayılan, dövrünün ən uzun su kəməri olan Şollar-Bakı kəmərinin istifadəyə verilməsindən 107 il keçir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksi tanınmış ingilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında 1911-1917-ci illərdə inşa edilib. 1917-ci il fevral ayının 20-də kəmərin təntənəli açılış mərasimi keçirilib. XX əsrin əvvəllərində ağır iqtisadi və sosial vəziyyət, gərgin və ziddiyyətli siyasi proseslər şəraitində inşa edilmiş kəmərin tarixinə “100 ilin təntənəsi” filmi ilə ekskursiya edək.

"Respublika".