SOCAR-ın prezidenti “SAP SE” şirkətinin direktoru ilə görüş
Digər xəbərlər

SOCAR-ın prezidenti “SAP SE” şirkətinin direktoru ilə görüş

SOCAR verilən məlumatda bildirilir ki, 12 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “SAP SE” şirkətinin Orta və Şərqi Avropa üzrə baş əməliyyat direktoru İqor Kurkov ilə görüşüb. Görüşdə SOCAR ilə “SAP SE” şirkəti arasındakı uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, ötən illər ərzində qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda, beynəlxalq təcrübəyə uyğun olaraq, 2008-ci ildə SOCAR-da ilk dəfə biznes resurslarının idarə edilməsi sahəsində aparıcı proqram təminatı olan SAP ERP sisteminin, parallel olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqinə başlanıldığı qeyd edilib, təlim və inkişaf, karyera yüksəlişi, işçilərin motivasiyası üzrə qabaqcıl təcrübələrin tətbiq edildiyi diqqətə çatdırılıb.

 Görüşdə, həmçinin rəqəmsallaşma və innovasiyanın SOCAR-ın uzunmüddətli korporativ strategiyasında prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi, müəssisələrdə rəqəmsal texnologiyaların tətbiqinə xüsusi önəm verildiyi bildirilib. 

“Respublika”.