Səyyar qəbul keçirilib
Digər xəbərlər

Səyyar qəbul keçirilib

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə İƏD üzrə sakinlərin istəyini nəzərə alaraq müraciətləri dinləmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda Dilarə Əliyeva, Vidadi, Şamil Əzizbəyov, 28 May küçələri, Azadlıq prospekti ərazilsində yaşayan sakinlər iştirak etmişlər. 7 iyun İH-nin məlumatında bildirilir.

Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, asfalt örtüyünün təmiri, oturacaqların quraşdırılması, eyvanların təmiri, kanalizasiya və su xəttinin təmiri, quru vəziyyətdə olan ağacın götürülməsi barədə müraciətlər etmiş, məişət tullantıları konteynerləri ilə bağlı təkliflər irəli sürmüşlər.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

“Respublika”.