Əlcəzair portalı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü barədə xəbər yayımlayıb
Digər xəbərlər

Əlcəzair portalı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü barədə xəbər yayımlayıb

Əlcəzairin "Əl Hərir" informasiya portalı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü barədə AZƏRTAC-ın xəbərini və fotoşəkilləri yayımlayıb.

Əlcəzair ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev bu mötəbər tədbirdə iştirak və çıxış edib. Azərbaycanın dövlət başçısı bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bütün sahələrdə əlaqələrin möhkəmlənməsi xarici siyasətin prioritetlərindən biridir.

Xəbərdə Prezident İlham Əliyevin Zirvə Görüşündə iştirak edən həmkarları ilə görüşləri haqqında da məlumat yer alıb.

AZƏRTAC