Şəhidlərimizin xatirəsi unudulmur
Region

Şəhidlərimizin xatirəsi unudulmur

Ədliyyə Nazirliyinin İmişli Regional Ədliyyə İdarəsinin təşkilatçılığı ilə yurisdiksiya üzrə yerli ədliyyə qurumlarının kollektivinin, şəhid ailələrinin, qazilərin, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, millət vəkili Razi Nurullayevin, YAP-ın rayon təşkilatının sədri Səfa Ağayevin və ictimaiyyətin iştirakı ilə regional idarənin inzibati binasının önündə “ŞUŞA İLİ” çərçivəsində şəhidlərin əziz xatirəsinə inşa edilmiş fəvvarənin açılışı ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə ilk regional idarənin rəisi İsgəndər Orucov bu günlərdə ildönümü olacaq ədliyyənin şəhidi Ruhin Xəlilovu ehtiramla yad etmiş, sonra şəhid ataları Tədbir Quliyevi və Xaliq Səfərovu şəhidlərin əziz xatirəsinə inşa edilmiş fəvvarənin açılması üçün lentin kəsilməsinə dəvət etmişdir. İstifadəyə verilmiş fəvvarənin ətrafına gül dəstələri düzülmüş, idarə rəisi, İmişli rayon rəhbərliyi, millət vəkili və şəhid ataları çıxışları ilə tədbirin önəmini vurğulamışlar. 

Bundan sonra inzibati binanın içərisində ulu öndərin büstünün və şəhid Ruhin Xəlilovun adına quraşdırılmış stendin önünə gül dəstələri düzülmüş və tədbir iclas zalında davam etmişdir. Tədbir iştirakçıları öncə Vətən müharibəsində canlarını qurban verən şəhidlərimizi bir dəqiqəlik sükutla yad etmişdir. Çıxış edənlər şanlı qələbəmizə gedən yolda həyatlarını fəda edən igidlərimizin heç vaxt unudulmayacağını və gələcək nəslə şərəfli tariximizi qürurla ötürəcəyimizi vurğulamışlar. Şəhid ailələrinə və qazilərə regional idarə tərəfindən xüsusi hazırlanmış xatirə hədiyyələri təqdim edilmişdir.

  Sonda bu cür tədbirlərin mütəmadi keçirilməsinin önəmli olduğu, şəhidlərimizin ailə üzvlərinə və müharibə iştirakçılarına daim diqqət, qayğı ilə yanaşılmasının əhəmiyyəti qeyd edilmişdir.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi.