Səfirliklərimizə hücum erməni vəhşiliyinin təzahürüdür
Digər xəbərlər

Səfirliklərimizə hücum erməni vəhşiliyinin təzahürüdür

Bundan illər əvvəl haylar cümhuriyyətimizin parlaq simalarını, Türkiyənin dövlət adamlarını xaincəsinə qətlə yetiriblər. 70-ci illərdə genişlənən terror aktları beynəlxalq miqyas alıb 1973-1994- illərdə müxtəlif erməni terror təşkilatları 42 türk diplomatını qətlə yetirib.

Şimali Amerika, Asiya, Avstraliya əsasən Qərbi Avropada, ümumiyyətlə, 21 ölkədə törədilən terror aktlarında həm türk diplomatları, həm mülki şəxslər həlak olublar. Bu cinayət aktlarının əsas hədəfi Türk dövlətləridir təəssüf ki, Qərb ölkələri bu terrora qarşı lazımi həssaslıq etiraz nümayiş etdirmirlər. Müvafiq beynəlxalq təşkilatların ermənilərin xaricdəki soydaşlarımıza qarşı həyata keçirdiyi kütləvi zorakılıqlar fonunda susması arzuedilməzdir bu, hər şeydən əvvəl həmin qurumların özünün nüfuzuna mənfi təsir göstərir.

Son zamanlar xarici ölkələrdəki erməni icmalarının  Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumları sistemli xarakter alıb. Vaşinqton, Paris, Beyrut digər şəhərlərdəki səfirliklərimizə qarşı törədilən hücumlar ciddi narahatlıq doğurur. Şübhəsiz, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkənin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Təəssüflər olsun ki, bəzi Qərb ölkələri öz öhdəliklərinə əməl etməkdə laqeydlik nümayiş etdirirlər.

2020-ci ilin Tovuz hadisələrindən dərhal sonra səfirliklərimizə basqınları, diplomatlarımıza qarşı təcavüzləri yaxşı xatırlayırıq. 12-14 sentyabr hadisələrindən sonra belə hal ABŞ, London, Livan, Fransa digər ölkələrdə təkrarlanıb. Özündə vandalizm terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik.

Səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur. Bu da suverenlik məsələsini önə çıxarır. Bu halda da səfirliyin fəaliyyət göstərdiyi ölkənin beynəlxalq daxili hüquqla məsuliyyəti yaranır.

Ermənilər dərk edirlər ki, onların Qarabağla bağlı xülyaları puç olub, Qarabağ əllərindən çıxıb. Bu səbəbdən bütün imkanlarından istifadə edərək Azərbaycan səfirliklərinə qarşı aqressiyalarını püskürməyə cəhd edirlər. Küçələrdə, parklarda Azərbaycan-Türkiyə əleyhinə fikirlər yazır, plakatlar yapışdırırlar. Məqsədləri yaşadıqları cəmiyyətdə Azərbaycan Türkiyə haqqında mənfi imic formalaşdırmaqdan ibarətdir.

Azərbaycan Respublikasının Fransadakı Səfirliyi qarşısında erməni radikal qrupları tərəfindən səfirliyimizə hücum cəhdləri  bir daha erməni vəhşiliyinin  simasını ortaya çıxarır. Bu, eynilə bir müddət əvvəl Böyük Britaniyadakı Səfirliyimizə hücum edən terrorçuların oxşar vandal hərəkətlərinə bənzəyir. Erməni barbarizminin digər ölkələrdə olduğu kimi, Azərbaycan səfirliklərini hədəfə alması dünya ictimaiyyətində bu millətin hansı əxlaqa mədəniyyətə malik olması barədə aydın təsəvvür formalaşdırır. Ancaq təəssüf ki, belə hadisələrə qarşı sərt tədbirlər görülməməsi erməni radikalizminin ayaq açmamasına, bu cür təxribatların bir daha təkrarlanmayacağına zəmanət vermir. Ona görə Fransa digər dövlətlər bu xoşagəlməz hadisə barəsində dərhal qanunamüvafiq qaydada ölçü götürməli, təxribatçılar layiqli cəzasını almalı Azərbaycan Səfirliyinin təhlükəsizliyinin qorunması daha etibarlı fasiləsiz təmin edilməlidir.

Röya RÜSTƏMLİ,

"Respublika".