Mənfur ermənilərin tarixin müxtəlif dönəmlərindəki xəyanətlərini, o cümlədən 1905-1918-1920-ci və 1988-1994-cü illərdə xalqımıza qarşı törətdikləri soyqırımlarının, zorakı köçürmə siyasətinin, doğma dədə-baba torpaqlarımıza sahib çıxma iddialarının acı nəticələrini heç zaman unutmamalıyıq, qan yaddaşımızda əbədi saxlayaraq təcavüzkarların millətimizə qarşı həyata keçirdikəri tarixdə misli görülməmiş vandallığı, vəhşiliyi gələcək nəsillərə doğru-düzgün çatdırmalıyıq. Xalqımıza qarşı edilən bu cinayətlərin bütün dünya ictimaiyyətinə çatdırılması harada yaşamasından asılı olmayaraq hər bir Vətən övladının mənəvi borcudur. Həmişə qatı düşmənə qarşı ayıq-sayıq olmalıyıq. Çünki düşmən sıradan biri deyil, olduqca zalım, qansız və bütün insani keyfiyyətlərdən çox uzaq, yırtıcı xislətli bir “vəhşi qəbilə”dir.
Azərbaycan xalqına qarşı ermənilərin etdikləri vandalizmə ilk dəfə olaraq 1998-ci ildə ümummilli liderimiz, dahi Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmişdir və ölkəyə rəhbərliyi dövründə torpaqlarımızın yağı düşmənin işğalından azad olunması üçün yorulmaq bilmədən çalışmış, bütün həqiqətləri, erməni vəhşiliyini beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırmışdır. 30 ilə yaxın bir müddətdə xalqımız Vətən həsrəti, intiqam hissi, tarixi həqiqəti bərpa etmək arzusu ilə yaşayır və həmin günü səbirsizliklə gözləyir və hazırlaşırdı. Ən böyük beynəlxalq təşkilatların, dünya dövlətlərinin ölkəmizin haqq işini dəstəkləməməsi, bu məsələyə biganəlik göstərmələri xalqımızın səbrini tükətmişdi. Nəhayət, 27 sentyabr 2020-ci il tarixində Dövlət Sərhədimizi pozan, yeni torpaqlar zəbt etmək iddiasında olan ermənilərə qarşı əks-hücum əməliyyatı keçirildi və Azərbaycan Ordusu azğın düşmənin layiqli cavabını verdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, komandanlığı ilə Vətən savaşına qalxan xalqımız və rəşadətli Ordumuz tarixi həqiqəti bərpa etmək üçün bir yumruq altında birləşərək cəmi 44 gün ərzində yağı düşməni əzəli və əbədi torpaqlarımızdan qovdu. Beləliklə, 30 ilə yaxın sürən “ikili standartlar”, “xristian təəssübkeşliyi”, “erməni havadarlığı” fiaskoya uğradı. Aparılan bu mübarizə bizim haqq savaşımız, Xocalıda öldürülən günahsız qocaların, ana və bacılarımızın, vəhşicəsinə öldürülən körpə uşaqlarımızın ruhu qarşısında mənəvi borcumuz, müqəddəs vəzifəmiz idi. 44 gün ərzində əldə etdiyimiz bu Şanlı qələbənin hər günü həm xalqımız, həm də ordumuz üçün şərəf və ləyaqət günü oldu.
Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbəmiz tarixən xalqımıza xas olan ədalətə inamı artırdı. Əsası isə budur ki, tarixi ədaləti özümüz bərpa etdik. Ədalətin, hüququn aliliyinin, insanların təməl haqlarının təmin edilməsi birlik və vəhdətin sarsılmaz gücünü göstərməklə bərabər, milli birlik hisslərinin gücünü ortaya qoyur. Əldə etdiyimiz şanlı qələbəmizdə birliyimizin yenilməz gücünü ortaya qoyduq. Belə ki, müharibənin başladığı ilk anlardan ölkəmizdə ümumi səfərbərlik elan olunmasa da, hər kəs yaşından asılı olmayaraq Vətən müharibəsində könüllü olaraq səfərbər idi. Hər bir ölkə vətəndaşı yaşadığı bölgəsindən asılı olmayaraq qarabağlı idi. Qalib olduğumuz Vətən müharibəsində azərbaycanlı kimliyi, vətəndaş millətçiliyi, Vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün xalqımızı bir yumruq kimi birləşdirdi. 44 gün ərzində düşmən üzərində əldə etdiyimiz hər yeni qələbəmiz Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu”nu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız Ali Baş Komandanımızın ifadəsi ilə desək düşmənin başını əzdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişindən ötən 17 il ərzində uğurla həyata keçirdiyi siyasi kursda ən əsas məsələ düşmən işğalında olan torpaqlarımızın erməni işğalından azad olunması, ərazilərimizin bərpası idi. Ötən bu illər ərzində ölkə başçısı iştirak etdiyi bütün beynəlxalq tədbirlərin kürsülərindən qətiyyətlə bütün dünyaya bəyan edirdi ki, Azərbaycan xalqı və dövləti heç zaman öz doğma torpaqlarının işğalı ilə barışmayacaq, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Biz bu münaqişəni çalışırıq sülh yolu ilə həll edək, ancaq bu sülh yolu ilə alınmasa biz bütün mümkün variantlardan istifadə edərək bunu edəcəyik. Lazım gələrsə biz öz torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik və bu istisna deyil. Bunu etmək üçün Azərbaycan güclü Orduya və hərbi-texniki gücə malikdir. Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutan, Birləşmiş Millətlər Təşkilatının və digər mötəbər qurumların qətnamə və qərarlarına məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini davam etdirdi, yeni ərazilər zəbt etmək xülyası ilə yaşadı.
Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü, əsgərlərimizin qəhrəmanlığı, cəsurluğu ilə qazanılan bu şanlı qələbə Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olundu. Bu tarixi, şanlı qələbəmiz haqda Ali Baş Komandanımız vurğulayıb: “Biz tarixi ədaləti bərpa etdik. Biz öz torpaqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi bərpa işləri gedir və gedəcək. Mən demişəm biz bu bölgəni—Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarımızda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Şanlı Qələbəmizdən ötən 10 ay müddətində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi olaraq səfərləri ilə, əlamətdar tədbirlər və hadisələrlə yadda qalmışdır. Qısa bir zamanda işğaldan azad olunan torpaqlarımız demək olar ki, böyük tikinti-quruculuq meydanına çevrilib. Planlaşdırılmış infrastruktur layihələri sürətlə icra olunmaqdadır. Ərazilərin elektrik enerjisi və su ilə təchizatı demək olar ki, tamamlanmaq üzrədir. Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının tez bir zaman müddətində icrasının reallaşması üçün bütün lazimi tədbirlər həyata keçirilir. Buraya səfərləri zamanı ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva görülən işlərlə yerində tanış olur və öz tapşırıq və tövsiyələrini verirlər. Onların və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan və Cəbrayıla səfərləri də əlamətdar olmuşdur. Belə ki, bu səfər zamanı Ali Baş Komandan buradan bütün dünya erməniliynə ciddi mesajlar vermiş, həm də bir neçə böyük əhəmiyyət daşıyan infrastruktur tikinti layihələrinin təməlqoyma tədbirlərində iştirak etmişdir. Bu səfər zamanı həyata keçirilən tədbirləri həm də bu torpaqlarımıza qayıdışın mübarək addımları kimi də dəyərləndirmək olar. Bu səfərdən sonra cənab Prezident 16 mart tarixində qədim Şuşamızda, Cıdır düzündə Novruz bayramı tonqalını alovlandırmışdır. Azərbaycan xalqının incisi, qədim mədəniyyət beşiyi olan Şuşadan xalqımızı Novruz bayramımız münasibətilə təbrik edən cənab Prezident qeyd edib ki, artıq 30 ilə yaxın bir müddətdən sonra əziz və milli bayramımızı doğma Şuşada qeyd edirik. Bu, bizim hamımız üçün çox böyük hadisə və xoşbəxtlikdir. Onu da vurğulamaq yerinə düşər ki, vaxtilə ümummilli liderimiz Heydər Əliyev Qarabağ haqqında danışarkən qətiyyətlə demişdir ki, biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq: “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə...”. Ulu öndərimizin və xalqımızın bu arzularını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. Və bu gün azad olunmuş Şuşada sürətli yenidənqurma, bərpa işləri geniş vüsət alıb. Qısa bir zaman kəsiyində görülən işlərin miqyası ölçüyəgəlməzdir. Az bir müddətdə şəhərin su, elektrik enerjisi ilə təminatı tam bərpa olunub. Sosialyönümlü tədbirlər həyata keçirilib. Bir çox dağıdılmış məscidlər, dini-tarixi abidələrimiz, müqəddəs ocaqlarımız təmir olunur, öz əvvəlki görkəmlərinə qaytarılır. Şəhərin vaxtilə ən gözəl məkanlarından biri olan, 30 ilə yaxın bir müddətdə baxımsızlıqdan suyu qurumuş “Xan qızı” bulağı bərpa olunmuş və istifadəyə verilmişdir. Bundan başqa, Azərbaycan musiqisinin məşhur simalarından biri olan Bülbülün ev muzeyi, görkəmli Azərbaycan şairi M.P.Vaqifin məqbərəsi yüksək zövqlə təmir olunaraq işğaldan əvvəlki görkəminə qaytarılıbdır. Ötən dövrdə işğaldan əvvəl Şuşada keçirilən ənənəvi tədbirlər yenidən öz fəaliyyətinə başlamışdır. Bunlardan “Xarıbülbül” musiqi festivalı, Vaqif poeziya günləri, Milli Musiqi Gününün keçirilməsini göstərmək olar. Bütün bunlar onu göstərir ki, Qarabağımız, qədim Şuşa 30 ildə bir gün də olsa xalqımızın yadından çıxmamış və indi əsl sahibinə qayıtmışdır. Artıq Azərbaycan muğamının sədaları yenidən Şuşadan səslənməkdədir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərində Şuşa bəyannəaməsini imzalamaları da bir daha dünyaya bir mesaj idi ki, Şuşa tarixən azərbaycanlılara məxsus olub, əbədi Azərbaycan torpağıdır.
Azad olunmuş torpaqlarımızda böyük infrastruktur layihələrinin yeni yol, nəqliyyat infrastrukturunun yaradılması ən mühüm məsələlərdən biridir. Ona görə də qələbənin ilk günündən cənab Prezidentin tapşırığına əsasən yeni müasir standartlar səviyyəsində magistral avtomobil yolları, hava limanları və yolunun çəkilişinə start verilmişdir. Hazırda Şuşaya çəkilən 101 km. uzunluğunda olan “Zəfər” yolunda son tamamlanma işləri həyata keçirilir. Prezidentin sərəncamına əsasən Kəlbəcər-Laçın avtomobil yolunun tikintisinə başlanılıb. Bu yolun uzunluğu 72,8 kilometrdir. Yol üzərində körpü inşa olunacaq, 3 tunelin tikintisi aparılacaq. Bu yolun çəkilməsi bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Çəkilən yollar, tunellərin tikintisi Kəlbəcər və Laçın rayonları arasında əlaqələri möhkəmləndirəcək. Bundan başqa, Zəngilan, Laçın, Füzuli hava limanlarının inşası da bölgənin canlanmasına səbəb olacaq. Bu hava limanları həm yüklər, həm sərnişinlərin istifadəsi ilə bərabər, həm də bizim hərbi məqsədlərimizə də xidmət edəcək. Ölkəmiz üçün mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu loqistik mərkəzlərin yaradılmasına töhfə verəcək. Avqust ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar. Sonra 110\35\10 kv-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər.
Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, Vətən üçün canından keçən şəhid və qazilərimizə borcluyuq. Müharibədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, şəhid ailələri və qazilərimiz dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunub. Bununla bağlı “YAŞAT” Fondunun yaradılması da bu məqsədə xidmət edir.
Şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin qəhrəmanlıqları, fədakarlıqları heç vaxt xalqımız tərəfindən unudulmayacaq və onların adları şanlı tariximizdə əbədi yaşayacaqdır.
27 sentyabr tariximizə Anım Günü kimi həkk olundu. Bu tarix hər birimizin qürurla fəxr edəcəyimiz bir təqvimdir. Ali Baş Komandan Vətən müharibəsində məğlubiyyətdən-qələbəyə yol açdı.
Ceyhun MƏMMƏDOV,
millət vəkili.