Rusiyaya məxsus Su-34 təyyarəsi Şimali Osetiya dağlarında qəzaya uğrayıb
Dünya xəbərləri

Rusiyaya məxsus Su-34 təyyarəsi Şimali Osetiya dağlarında qəzaya uğrayıb

Rusiya Aerokosmik Qüvvələrinin Su-34 təyyarəsi planlı təlim uçuşu zamanı Şimali Osetiya dağlarında qəzaya uğrayıb, ekipaj üzvləri həlak olub.

"Respublika" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır”, - deyə məlumatda bildirilib.