Co Bayden yardım vəd etdi
Dünya xəbərləri

Co Bayden yardım vəd etdi

ABŞ prezidenti Co Bayden meşə yanğınlarının yol açdığı tələfatı yerində görmək üçün səfər etdiyi Havay adalarının Maui rayonuna kömək edəcəyinə söz verib.

“Respublika” xəbər verir ki, bu barədə “Star” xəbər saytı məlumat yayıb.

Bayden Havay adalarına səfəri zamanı ABŞ millətinin yanğından sağ çıxanlarla birlikdə "kədərləndiyini" söyləyib və federal hökumətin Mauiyə kömək etməyə davam edəcəyini vəd edib.

Adada yanğın başlayandan 13 gün sonra ərazini ziyarət edən Bayden, ən azı 115 nəfərin ölümünə səbəb olan yanğın qurbanlarına müraciət edərək bildirib ki, onların bütün ehtiyacları ödəniləcək.

ABŞ prezidenti Co Bayden həyat yoldaşı Jill Baydenlə birlikdə helikopterlə yanğından zərər çəkmiş əraziyə havadan baxış keçirib.

Musa BAĞIRLI,

“Respublika”