Azərbaycan və Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub
Gündəm

Azərbaycan və Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin sədrlik etdiyi nümayəndə heyəti Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətləri Azərbaycan və Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və imkanlarını müzakirə ediblər.