MN: Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması məlumatları əsassızdır
Digər xəbərlər

MN: Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması məlumatları əsassızdır

Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır. Bu məlumatları qəti surətdə təkzib edirik.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən bildirilib.

"Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - deyə nazirlikdən qeyd olunub.

AZƏRTAC