Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb
Region

Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

Yevlax
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə şəhərdəki “Təbiət” şadlıq sarayında iftar süfrəsi təşkil edilib.

İftar süfrəsində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Rayon Ağsaqqalar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, aztəminatlı ailələrin üzvləri iştirak ediblər. Əvvəlcə, iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.

İftar mərasimində iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

“Respublika”.