Alimlər süni intellekt vasitəailə delfinləri dinləyiblər
Elm

Alimlər süni intellekt vasitəailə delfinləri dinləyiblər

Alimlər süni intellektdən istifadə edərək nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan çəhrayı çay delfinlərinin səslərini dinləyiblər.

"Respublika" xəbər verir ki, bu barədə "Nature" məlumat yayıb.

Bildirilib ki, Kataloniya Texniki Universiteti və Mamiraua Davamlı İnkişaf İnstitutunun birgə işində nəsli kəsilməkdə olan iki delfin növünün hərəkətlərini izləmək, delfinlərin səslərini təsbit etmək məqsədilə süni neyron şəbəkəsinə məlumatlar təqdim edilib.

Tədqiqatçılar Braziliyanın şimalındakı Mamiraua qoruğuna mikrofon yerləşdirərək delfinlərin səslərini dinləyiblər. 

Nəzrin ELDARQIZI,

"Respublika".