Qərbi azərbaycanlılar öz torpaqlarında təhlükəsiz şəraitdə yaşamalıdır
Digər xəbərlər

Qərbi azərbaycanlılar öz torpaqlarında təhlükəsiz şəraitdə yaşamalıdır

Ötən ilin dekabr ayının 24- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü yurd-yuva həsrəti çəkən insanların qəlbini inam işığı ilə doldurdu. Bu insanlar İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra ümidlənsələr , sözügedən görüşdən sonra daha da inamlı mətin oldular. Bir gün o yurdlara sarı dönəcəklərini səbirsizliklə gözləyirlər. Doğulub böyüdükləri, havasını udub, suyunu içdikləri doğma torpaqlarına qovuşacaqlarına inanırlar.

Təəssüflər olsun ki, 80-ci illərin sonlarında deportasiya prosesi Ermənistan tərəfindən yenə həyata keçirildi. Qədim yurd yerlərimiz, İrəvan xanının torpaqları işğalçı ermənilər onların havadarları tərəfindən zəbt edildi. Bu yerlərin adları kimi, abu-havası da dəyişdirildi. Bölgədə olan bütün mədəni-tarixi abidələr məhv edildi. Azərbaycan tarixini adət-ənənəsini əks etdirən bütün maddi-mənəvi sübutlar silinərək azərbaycançılıq izləri itirildi. Qərbi Azərbaycan ərazisində bir nəfər azərbaycanlı qalmadı. İrəvan torpaqları tamamilə erməniləşdirildi. Əlbəttə ki, bu da məqsədli şəkildə aparılan proseslərdir. Çünki Ermənistan bütün dövrlərdə havadarlarının himayəsi ilə böyük Ermənistan uğrunda mübarizə aparıb. Azərbaycan torpaqlarını qarış-qarış, tikə-tikə mənimsəyərək kiçik dövlətlərini böyük ideyalar uğrunda böyütmək, daha geniş ərazilərə sahiblənmək həvəsinə düşüb. Bunun üçün ən real sərfəli variant Azərbaycan idi. Onlar istər Qərbi Azərbaycan, istərsə Qarabağ torpaqlarının qədər qiymətli mühüm olduğunu bildikləri üçün məqsədlərini bu istiqamətdə həyata keçirməyə çalışıblar. Elə bu səbəbdən ilk növbədə, atılacaq addım bölgə əhalisini deportasiya etmək, öz yurd-yuvalarından didərgin salmaq idi.

Baxmayaraq ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarında, ata-baba məskənlərində yaşayıblar, Ermənistanın etnik təmizləmə prosesinə məruz qalaraq doğma yurdlarından didərgin düşüblər. Vətəndən-vətənə məcburi köçkün həyatı yaşayıblar. Bu gün onların birləşdiyi bir nöqtə var, Qərbi Azərbaycan İcması. İnanırlar ki, gün gələcək sülh əmin-amanlıq şəraitində öz tarixi torpaqlarına dönəcəklər.

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı bildirib ki: "Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya zəmanət mexanizmi olan hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq təhlükəsizliyini təmin etməlidir".

Bəli, bu gün Azərbaycan dövləti ərazisində yaşayan, xüsusilə Qarabağ bölgəsində məskunlaşan erməni əsilli vətəndaşları Azərbaycan vətəndaşı kimi qəbul edir. Onların bütün zəruri tələbat problemlərini öz vətəndaşı kimi həll etməyə hazır olduğunu bildirir. Əlbəttə ki, Azərbaycan dövlətinin hər zaman bir şüarı olub, sülh əmin-amanlıq şəraitində yaşamaq. Bu məsələdə Qarabağ ermənilərinin həyat yaşayışına qarşı heç bir təhlükə ola bilməz. Onlar Azərbaycanın tamhüquqlu vətəndaşı kimi qanunlarımız çərçivəsində yaşaya bilərlər. Ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, erməni əsilli vətəndaşların rahat yaşayışı təhlükəsizliyi tam təmin edilir.

Yaxşı, belə olan halda Ermənistan fikirləşir? Əgər bu gün Ermənistan Qarabağ ərazisinə qarşı iddiasını davam etdirirsə, bölgədə yeni terror əməliyyatları həyata keçirməyə çalışaraq gərginlik yaratmaq istəyirsə, o zaman, öz etibarlılığını da itirir. Üç ilə yaxın müddət ərzində sülh sazişinə qol çəkməkdən yayınırsa, demək ki, məqsəd məramı da başqadır. O zaman Qərbi azərbaycanlıların tarixi torpaqlara dönüşü prosesində kim deyə bilər ki, ermənilər köhnə əməllərinə sadiq qalaraq yeni hadisələr törətməyəcək? yaxud da asayişi qoruyub, insanların dinc yaşayışına şərait yaradacaq? Bütün bunları nəzərə alan Azərbaycan dövləti dünya birliyini, beynəlxalq təşkilatları bu istiqamətdə diqqətli olmağa çağırır. bu işdə məsələyə həssas yanaşmağı tövsiyə edir. Azərbaycanlılar öz ata-baba torpaqlarına köçdüyü zaman Ermənistan dövləti onların təhlükəsizliyinə təminat verməlidir. İnsanlar öz ocaqlarında, evlərində rahat, dinc şəraitdə yaşamalıdırlar. Qərbi azərbaycanlıların doğma yurd-yuvalarına dönüşü vacib labüddür. Çünki bu yerlər onların öz torpağı öz ərazisidir.

Ramidə YAQUBQIZI,

"Respublika".