Qərb imperializmi Vuçiç hökumətinə təzyiq göstərməyə çalışır
Siyasət

Qərb imperializmi Vuçiç hökumətinə təzyiq göstərməyə çalışır

Hazırda Serbiya ətrafında ciddi oyunlar gedir. Bu isə onu göstərir ki, kollektiv Qərb imperialist dairəsini öz coğrafiyasında da genişləndirməyə çalışır və Serbiya, Macarıstan kimi Qərb imperializminin oyuncağına çevrilməyən, ümumiyyətlə, vahid Amerika mərkəzli siyasətdən imtina edən ölkələrdə qarışıqlıq yaratmaq istəyir. Kollektivçi qərarlar verməyən, imperializm və istila siyasətindən imtina edən ölkələrin daxilində siyasi gərginlik ocaqları yaratmaq meyli güclənir. İlk olaraq, NATO Kosovo məsələsi ətrafında Serbiyanı ciddi sıxışdırmağa başladı.

Qərb imperializmi hazırda Vuçiç hökumətinə təzyiqi davam etdirir. Əslində başqa vaxt demokratiyadan danışan kollektiv Qərb Serbiya xalqının seçiminə hörmət etmir. Bu gün Serbiyada xalqın böyük əksəriyyəti Aleksandar Vuçiçin Serbiyanın gələcək iqtisadi, siyasi fəallığı üçün atdığı addımların fərqindədir və ona görə də sonuncu seçkilərdə yekdilliklə onun qələbəsini dəstəklədi. Bunu qəbul etməyən bir çox qüvvələr Vuçiçi devirmək və Serbiyada digər Avropa İttifaqı ölkələrində olduğu kimi, marionet rejim formalaşdırmaq məqsədilə rəngli inqilab ssenarilərinin növbəti hədəfi kimi Serbiyanı seçib. Serbiyanın peşəkar güc strukturları belə bir hadisənin olacağını əvvəlcədən bilirdilər. Bu həm də, Serbiyanın prosesinin qarşısını almaqda nə qədər peşəkar olduğunu göstərdi. Ona görə də bu tip təhlükəli tendensiyaların arealının genişlənməsinin qarşısı alınacaq.                 

Tural İSMAYILOV,

politoloq.