Qələbəmizdən sonra məlum  olan reallıqlar
Digər xəbərlər

Qələbəmizdən sonra məlum  olan reallıqlar

Böyük Zəfərimizdən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, müharibə zamanı düşmənin hiyləgərliyi necə deyərlər, ört-basdır etməyə çalışdıqları indi bir-bir su üzünə çıxır. Hayastan istər müharibə zamanı, istərsə sonrakı dövrdə öz vandalizm xain əməllərindən əl çəkmir. 44 günlük müharibə dövründə mənfur düşmənin döyüşən qüvvəsi çatışmır, elə buna görə ballistik raketləri dinc əhalinin məskunlaşdığı müharibə getməyən ərazilərə ataraq diqqəti yayındırmağa ona havadar olan dövlətlərdən muzdlu əsgər cəlb etməyə çalışırdı. Həmin dövrlərdə yayılan görüntülərdən məlum olur ki, cəbhədə vuruşanlar yaşlı nəslin nümayəndələridir oraya məcburi şəkildə gətiriliblər.

Həmçinin bəlli olur ki, erməni tərəfi öz döyüşçülərini ac saxlayır, yaralananlara isə lazımi tibbi yardım göstərilmirdi. Minlərlə əsgər isə döyüş bölgəsindən qaçaraq fərarilik edirdi. Bu da onu deməyə əsas verir ki, Paşinyan hakimiyyəti sadəcə özünü maraqlarını düşünür. Onun tək xülyası "böyük Ermənistan" arzusunu yerinə yetirməkdir. Əgər belə olmasaydı iki ildir ki, görüşlərə gəlməyib məsələni uzatmaz sülhə imza atardı. Lakin o, çirkin əməllərindən əl çəkmir vəziyyəti daha da pisləşdirir. Haqlı olaraq xalq Paşinyan onun kimi xalqı düşünməyən siyasi elitası üçün vuruşmaq istəmir. Ermənistan tərəfi bunun belə olduğunu etiraf edib. Vəziyyətin belə olmağını isə elə Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bildirib. O, etiraf edib ki, Ermənistan həmişə reallıqdan qaçır: "Reallıq budur ki, 44 günlük müharibə zamanı bizdə 11 min fərari var idi. 11 minin olduğunu təsəvvür edə bilərsinizmi? Müharibə zamanı baş komandan könüllüləri Vətənin müdafiəsinə çağıranda bu çağırış yerinə yetirilmədi. Mən bir qadın olaraq bir dəstə yaratmaq qadınların müharibədə iştirakına ehtiyacın o qədər böyük olduğunu göstərmək qərarına gələndə bu öhdəliyə hələ yaxşı cavab gəlmədi. Bu haqda danışmaq lazımdır. Reallığı gizlətməməliyik. Biz 44 günlük müharibəyə nəzər salmalı, hərəkətlərimizi təhlil etməli utanmadan qorxduğumuzu etiraf etməliyik. Hər kəs qəhrəman olmaq məcburiyyətində deyil. Amma bunu gizlətmək ayıbdır". Açıq formada edilən bu etiraf isə onu düşünməyə əsas verir ki, insanlar artıq dürüst hakimiyyət görmək istəyir. Akopyan həmçinin bildirib ki, "hazırda İrəvanda məhkəmə işləri gedir, burada cavabdehlər ordu zabitləri, müharibə zamanı düşmənə məlumat ötürən əsgərlərdir". O, bunu xəyanət kimi dəyərləndirib.

Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti rəşadətli Azərbaycan ordusunun gücü sayəsində əldə edilib. Müharibə zamanı ölkə başçımızın xalqa müraciətlərindən dərhal sonra minlərlə həmyerlimiz könüllü şəkildə vətənimiz, dədə-baba torpaqlarımız uğrunda mübarizə aparmaq üçün heç düşünmədən könüllü yazılıb. Heç o torpaqları görməyən, sadəcə ata-babalarından şəfalı torpaqların tərifini eşidən minlərlə gənc bu yolda gözlərini həyata əbədi yumdu. Soyuq-isti demədən, yorulmadan vuruşdu nəticədə qalib xalq olaraq tarixə adını yazdırdı. Minlərlə əsgərimiz yaralı olmasına baxmayaraq, yenidən döyüş meydanına can atdı. Cəbhədə minlərlə əsgərimiz cəsarətlə vuruşdu, bir nəfər belə fərari olmadı. Döyüşə gedə bilməyənlər isə arxa cəbhədə vuruşurdu. Sosial mediada yayılan dezinformasiyaların qarşısını almaq üçün sosial mediada yorulmadan mübarizə aparırdı. Təkcə ölkədə yaşayan vətəndaşlarımız yox, həmçinin xarici ölkələrdə olan həmvətənlərimiz öz dəstək aksiyalarına davam edir, pankartlarla şüarlarını dünyaya çatdırırdılar. Minlərlə xaricdə yaşayan azərbaycanlı döyüşə könüllü olaraq yazılmışdı. Prezident İlham Əliyevin həmvətənlərimizin bu əzmi nəticəsində Zəfərimiz iki sözlə yekunlaşdı - Qarabağ Azərbaycandır!

Töhfə SƏMƏDOVA,

"Respublika".