QDİƏT-in Baş katibi: Azərbaycanda turizm sektoru günü-gündən inkişaf edir və nəticələri də göz qabağındadır
İQTİSADİYYAT

QDİƏT-in Baş katibi: Azərbaycanda turizm sektoru günü-gündən inkişaf edir və nəticələri də göz qabağındadır

Bu gün Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci iclasına toplaşmışıq. İki gün davam edəcək tədbirdə turizmin inkişafı istiqamətində əməkdaşlıq perspektivlərini və turizm təhsilinin inkişafına töhfə verəcək məsəlləri müzakirə edəcəyik.

"Respublika" xəbər verir ki, bu sözləri QDİƏT-in Baş katibi Lazar Komanesku Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşündə deyib.

“Azərbaycana çox sayda səfərlərim olub. İlk səfərim 2008-ci ildə həyata keçirilib. Mən bura gələn turistlərin Azərbaycandan nə qədər məmnun ayrıldıqlarına şahid olmuşam. Tam səmimi şəkildə deyə bilərəm ki, Azərbaycanda turizm sektoru günü-gündən inkişaf edir və nəticələri də göz qabağındadır”,- deyə Lazar Komenesku vurğulayıb.