Qazi Universitetinin professoru ADPU-da olub
Elm və təhsil

Qazi Universitetinin professoru ADPU-da olub

İyunun 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qazi Universitetinin Təhsil fakültəsinin Coğrafiya təhsili departamentinin rəhbəri professor Saleh Şahin ilə görüş keçirilib.

ADPU-dan “Respublika”ya bildirilib ki, görüşdə coğrafiya sahəsində əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb və əməkdaşlığın qarşılıqlı faydalı olacağı vurğulanıb.

Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “SABAH” qrupları və Pedaqoji Universitetin birgə təşkilatçılığı ilə professor Saleh Şahin ADPU və BDU-nun coğrafiyaçı professor-müəllim heyəti və sonuncu kurs tələbələri üçün “Coğrafiya tədrisinin müasir texnologiyaları” mövzusunda praktiki təlim keçib.

Rektor Cəfər Cəfərov və “SABAH” qrupları İcraiyyə Komitəsinin rəhbəri Elza Səmədova belə təlimlərin önəmindən bəhs ediblər.

Təlimdə müasir dövrdə coğrafi təhsilin mahiyyəti, dərs prosesinin qurulması texnologiyaları və coğrafiya dərslərində texnoloji vasitələrin və yeni öyrətmə üsullarının tətbiqi məsələlərinə toxunulub.

İnteraktiv formatda keçən təlimdə fərqlənən iştirakçılara coğrafiyaya aid kitablar hədiyyə olunub.

Yekunda professor S.Şahinə ADPU rəhbərliyi adından təşəkkürnamə təqdim edilib.