Qazanılan uğur kollektiv əməyimizin bəhrəsidir
İQTİSADİYYAT

Qazanılan uğur kollektiv əməyimizin bəhrəsidir

Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinə uyğun olaraqölkəmizdə əlilliyi olan şəxslərə hərtərəfli qayğının göstərilməsi üçün qəbul olunan genişmiqyaslı proqramlar respublika Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində uğurla həyata keçirilir. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Bu məqsədlə  respublikamızın bir çox bölgələrində olduğu kimi, Şəkidə reabilitasiya mərkəzi fəaliyyət göstərir.

Qeyd etmək istərdik ki, əvvəllər mərkəzə yalnız şimal-qərb rayonlarından əlilliyi olan şəxslər gəlirdisə, indi   respublikanın bütün bölgələrindən, o cümlədən Ağstafa, Qazax, Şəmkir, Gəncə, Goranboy, Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Bakı, Sumqayıt digər ərazilərdən  olan əlilləri qəbul edirik. Belə kimərkəzdə əlillərin reabilitasiyası fərdi reabilitasiya proqramına uyğun olaraq həyata keçirilir.

Reabilitasiya mərkəzində müalicəvi bədən tərbiyəsi MBT, elektroterapiya, amplipuls terapiya, elektroyuxu, dərman elektroforezi, elektrostimulyasiya, diadinamoterapiya, yüksəkgərginlikli elektrik cərəyanı - darsonvalizasiya, optik diapazonlu elektromaqnit rəqsləri - infraqırmızı şüalarla, maqnit elektromaqnit sahəsi ilə, maqnitoterapiya, santimetr diapazonlu elektromaqnit dalğaları, yüksəktezlikli səs dalğaları - dərman fonoforezi, alçaqtezlikli səs dalğaları ilə müalicə, zərbə dalğa terapiyası, masaj, su masajı üzərindən istifadə olunur. Bir sözlə, müalicələr müştərək şəkildə aparılır.

Səhiyyə İşçilərinin Peşə Bayramı Günü ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən təltif olunan tibb işçilərinin arasında mənim adımın olması "Tərəqqi" medalı ilə mükafatlandırılmağımı kollektivimizin hər bir üzvünün əməyinə verilən yüksək dəyər kimi qiymətləndirirəm. Çünki səhiyyədə qazanılan uğur kollektiv əməyin bəhrəsidir.

Tərlan QURBANOV,

Şəki Reabilitasiya Mərkəzi PHŞ-nin

direktoru, "Tərəqqi" medallı.