QAZ TƏSƏRRÜFATININ GƏLƏCƏK  İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB
Region

QAZ TƏSƏRRÜFATININ GƏLƏCƏK  İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rəhbərliyi ilə “Rayonun qaz təsərüfatının mövcud vəziyyəti və görüləcək işlər” mövzusunda müşavirə keçirilib və rayonun qaz təsərrüfatının gələcək inkişaf perspektivləri müzakirə olunub. Müşavirədə həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov və aidiyyəti təşkilatların rəhbərləri iştirak etmişdir.

Şəhər İcra Hakimiyyətinin Başçısı Yevlax rayonunda qaz təsərrüfatının mövcud vəziyyəti, bu istiqamətdə görülən və görüləcək işlər müzakirə olunub, bəzi məsələlərlə bağlı müvafiq tapşırıqlarını verib. Həmçinin qeyd edib ki, rayon 100 faiz təbii qazla təmin olunsa da rayonun kənd və qəsəbələrində keçirilən səyyar qəbullarda sakinlər yeni inşa etdirdikləri fərdi yaşayış evlərinə qaz çəkilmədiyini bildirirlər. Şəhər rəhbəri təbii qazla təmin olunmayan bəzi yeni salınmış yaşayış massivlərinin, yeni tikilmiş fərdi yaşayış evlərinin qazlaşdırılmasının vacibliyini bildirib.

Həmçinin müşavirədə qazlaşdırılmış ərazilərdə yarana biləcək problemlərin meydana çıxmasının vaxtında qarşısının alınması və digər məsələlər də müzakirə olunmuşdur.

Zabit XƏLİLOV,

“Respublika”.