Prokurorluq Nərimanov rayonunda ağacların qanunsuz kəsilməsi faktına münasibət bildirib
Digər xəbərlər

Prokurorluq Nərimanov rayonunda ağacların qanunsuz kəsilməsi faktına münasibət bildirib

Paytaxtın Nərimanov rayonu ərazisində, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AZƏRTAC