Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir
Digər xəbərlər

Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad olunub. Azərbaycan Prezidentinin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi xalqımızın əzmkarlığı ilə həmin ərazilərdə yüksək intensivliklə abadlıq-quruculuq işləri həyata keçirilir.

Hərbi Prokurorluq tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin digər müvafiq qurumların nümayəndələri ilə birlikdə Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə Xocalı rayonunun Fərrux kəndi digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkarlanan kütləvi məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib digər zəruri hərəkətlər yerinə yetirilib.

Qeyd etmək lazımdır ki, Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev 2022-ci il oktyabrın 26-da qeyd olunan ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində maraqlanıb, müvafiq tövsiyələr tapşırıqlar verib. Ermənistanın silahlı qüvvələri qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103- (Soyqırımı), 120.2.12-ci (Milli, irqi, dini ədavət ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin ibtidai araşdırmaya prosessual rəhbərliyi ilə davam etdirilir. Qanunvericiliyin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Firad ƏLİYEV,

Azərbaycan Respublikası

Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun

mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri.