Prezident və parlament seçkilərinə hazırlıq işləri davam edir
Siyasət

Prezident və parlament seçkilərinə hazırlıq işləri davam edir

Türkiyə

Türkiyədə prezident parlament seçkiləri 14 may 2023- il tarixində, lazım gələrsə, ikinci tur isə mayın 28- keçirilə bilər. Prezident kürsüsü uğrunda mübarizə aparan 4 namizəd artıq Türkiyənin Mərkəzi Seçki Komissiyası (Yüksek Seçim Kurulu) tərəfindən qeydiyyata alınıb. Prezidentliyə - "Cumhur İttifaqı"nın namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, "altılı masa" kimi adlandırılan müxalif "Millət İttifaqı"nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, Cümhuriyyət Xalq Partiyasından Muharrem İnce "Ata İttifaqı"nın namizədi Sinan Oğan seçkilərdə mübarizə aparacaqlar. Namizədlərin adı "Rəsmi Qəzet" dərc olunduqdan sonra təşviqat kampaniyasına start veriləcək.

Bununla bağlı Nazirlər Kabinetinin iclasında çıxış edən ölkə başçısı Rəcəb Tayyib Ərdoğan seçkilərin şəffaf ədalətli keçiriləcəyini bildirib. O, ölkədə aparılacaq yeni islahatlardan da danışıb. Rəcəb Tayyib Ərdoğan aprel ayından etibarən ölkədə elektrik enerjisi ilə birlikdə sənayedə istifadə olunan təbii qaza da endirim olacağını bildirib. Ölkə başçısı, həmçinin Qara dənizin Sakarya yatağında olan qazın tədarükünün aprelin sonunda istifadəyə veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə rəsmilərinin məlumatına görə, Qara dənizdəki qaz yataqlarının ehtiyatları təxminən 540 milyard kubmetr təşkil edir. Onlardan ən böyük ehtiyatlar 400 milyard kubmetrdən çox olan Sakarya yatağıdır. İlkin mərhələdə ondan 10 milyon kubmetrə yaxın hasilat nəzərdə tutulub. 2027-2028-ci illərdə qaz hasilatının gündəlik həcmi 40 milyon kubmetr olacaq.

Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyənin ilk yerli TOGG markalı avtomobili barədə müjdəli xəbərlər verib. Belə ki, Türkiyəni 60 illik xəyalına qovuşduran TOGG avtomobili, artıq sahiblərinə təqdim olunacaq. Əslində, Türkiyədə avtomobil sənayesi güclü inkişaf edib - on illərdir ki, Anadoluda lisenziya əsasında müxtəlif markadan olan avtomobillər istehsal edilir. Lakin türkiyəli mütəxəssislər tərəfindən yaradılmış TOGG markasını daşıyan avtomobil bir ilkdir. Yeni avtomobil elektrik güc qurğusuna, 1080 mm enə 2800 mm təkər bazasına malik olan orta ölçülü krossoverdir.

Rəcəb Tayyib Ərdoğan, həmçinin Akkuyu AES-in ilk enerji blokuna nüvə yanacağının aprelin 27- yüklənəcəyini bundan sonra obyektin rəsmi olaraq nüvə obyekti sayılacağını vurğulayıb. O, "Akkuyu AES-in tikintisi layihəsinin uğurla həyata keçirildiyini Vladimir Putinin aprelin 27- keçiriləcək mərasim üçün (Türkiyəyə) gəlmə ehtimalının olduğunu diqqətə çatdırıb.

 Onu da deyək ki, Akkuyu - Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12- bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.