Prezident Kitabxanasında Ulu öndərə aid tammətnli elektron resursların, sənədlər toplusunun təqdimatı olub
Digər xəbərlər

Prezident Kitabxanasında Ulu öndərə aid tammətnli elektron resursların, sənədlər toplusunun təqdimatı olub

Mayın 8- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto kitab sərgilərinin, tammətnli elektron resursların, sənədlər toplusunun təqdimatı təşkil edilib.

Əvvəlcə kitabxananın direktoru Mayıl Əhmədov çıxış edərək, tədbir haqqında ümumi məlumat verib Ulu Öndərin keçdiyi həyat yolundan, Azərbaycan dövlətinin qurulması inkişafı uğrunda gördüyü işlərdən danışıb: "Müasir tariximizin bir qərinəlik dövrü dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması Heydər Əliyevin qətiyyətli siyasəti sayəsində mümkün olmuşdur. Ölkəmizin bugünkü ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrindəki nailiyyətlərin əsası onun dövlətimizin başçısı olduğu dövrdə qoyulub. Müstəqil Azərbaycan Ulu Öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası öyrənmək, onu təbliğ etmək qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli borcudur. Hazırda istər ölkə daxilində, istərsə xarici ölkələrdə Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər beynəlxalq konfranslar keçirilir. Heydər Əliyevin ömür yolu, dövlətçilik missiyası zəngin irsi yenidən öyrənilir, təhlil təbliğ edilir. Ümummilli Liderin tövsiyəsi ilə təşkil edilən Prezident Kitabxanası yarandığı vaxtdan etibarən onun həyat fəaliyyətinin bütün sahələrinə aid materialların, zəngin irsinin toplanılması, sistemləşdirilməsi onların elektron variantının hazırlanması istiqamətində sistemli aparır. Kitabxananın əməkdaşlarının hazırladıqları "Heydər Əliyev. Elektron sənədlər toplusu" Ulu Öndərin anadan olmasının 100 illiyi ərəfəsində həm məzmun, həm dizayn baxımından tamamilə yenilənib. Geniş oxucu kütləsinin tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulan həmin informasiya resursu, sənədlərin materialların rəqəmsal formatda toplanılması təqdim edilməsi baxımından ölkədə yaradılan ən mükəmməl informasiya sistemidir".

Onun sözlərinə görə, "Heydər Əliyev. Elektron sənədlər toplusu" 8 fəsil 42 bölmədən ibarətdir. "Ümummilli Lider" fəslinin "Bioqrafiya" bölməsində Heydər Əliyevin həyat fəaliyyətinin mühüm məqamları öz əksini tapır. "Xronologiya" bölməsində 1923-1969, 1969-1982, 1982-1987, 1990-1993 1993-2003- illərdə Heydər Əliyevin gündəlik həyatının mühüm mərhələləri 412 səhifədə xronoloji ardıcıllıqla işıqlandırılır. Elektron resursun "Sənədlər" fəsli "Nitqlər", "Çıxışlar", "Söhbətlər", "Müsahibələr", "Bəyanatlar", "Təbriklər" bölmələri üzrə qruplaşdırılıb. Bu fəsildə yerləşdirilən materialların ümumi həcmi 7 min səhifədən artıqdır. "Xarici siyasət fəaliyyəti" fəslinin "Xronologiya" bölməsində Heydər Əliyevin Prezident olduğu illərdə 36 dövlətə 132 səfərinin materiallarının təhlili göstərir ki, bu səfərlərin 32-si dövlət rəsmi səfər xarakteri daşımışdır. Ümummilli Lider Türkiyəyə 24, Rusiyaya 22, ABŞ-a 9 dəfə səfər edib. 5 dəfə BMT-, 20 dəfə MDB-, 5 dəfə Türk Dövlətləri Təşkilatında keçirilən tədbirlərdə iştirak edib. NATO, AŞPA, ATƏT, GÜAM, İKT kimi regional təşkilatların tribunalarından dəfələrlə Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması məqsədilə Ermənistan prezidentləri ilə 21 görüş keçirib. Bu fəslin "Rəsmi sənədlərin biblioqrafiyası" bölməsində Heydər Əliyevin imzaladığı 5863 qanun, fərman sərəncamın biblioqrafik təsvirləri illər üzrə toplanılıb təqdim edilir. Təhlillər göstərir ki, Heydər Əliyev müəllifi olduğu "Neft strategiyası" reallaşdırmaq üçün müxtəlif səviyyələrdə 46 görüş keçirib, bu mövzuda 85 dəfə nitqlər söyləyib çıxışlar edib, 4 bəyanat 8 dəfə müxtəlif KİV-lərə müsahibə verib.

Diqqətə çatdırılıb ki, "Elektron kitabxana" fəslində 1997-2013- illərdə çap edilən Ümummilli Liderin çıxışlarının, nitqlərinin, bəyanatlarının, məktublarının, müsahibələrinin, söhbətlərinin, müraciətlərinin mətnləri daxil edilmiş "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 46 cildinin elektron versiyaları, Kitabxananın fonduna daxil olan Heydər Əliyev haqqında yazılan 400-dən artıq kitabın 1100-dən artıq seçilmiş məqalənin elektron versiyaları öz əksini tapır.

Kitabxananın əməkdaşlarının Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə hazırladıqları "Heydər Əliyev-100" adlı statik Elektron biblioqrafik göstərici resursun "Biblioqrafiya" fəslində yerləşdirilib. Göstəricidə Heydər Əliyev haqqında müxtəlif dillərdə yazılan kitabların dövri mətbuatda dərc edilmiş məqalələrin, müdafiə olunmuş dissertasiyaların avtoreferatlarının biblioqrafik təsvirləri, Azərbaycan rus dillərində kitab müəlliflərinin köməkçi adlar göstəricisi təqdim edilir. Göstəricidə 10 minə yaxın biblioqrafik təsvir verilir. Elektron resursun "Fotoqalereya" fəslinin "Fotoalbom" bölməsində Ümummilli Lider Heydər Əliyevin ömrünün bütün dövrlərinin mühüm məqamlarını özündə əks etdirən fotolar xronoloji ardıcıllıqla təqdim edilir. "Fotosənəd" bölməsində isə dahi şəxsiyyətə məxsus şəxsi sənədlərin bir qisminin surətləri yerləşdirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın inkişafı naminə Ümummilli Lider Heydər Əliyevin gördüyü misilsiz işlərdən danışıb: "Azərbaycanın inkişaf edərək dirçəlməsində onun müstəqil suveren ölkə kimi nüfuz qazanmasında Ulu Öndərin misilsiz xidmətləri var. Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, çoxəsrlik tarixi ənənələrin ümumiyyətlə Azərbaycan xalqının azadlıq müstəqillik yolunda milli-mənəvi mirasının yaşadılmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Burada təqdim olunan Ümummilli Liderə aid hazırlanmış tammətnli elektron resursların önəmi ondadır ki, bundan müxtəlif qurumların, dövlət orqanları təşkilatların bəhrələnmək imkanları olacaq. Ulu Öndər Heydər Əliyev müasir, müstəqil Azərbaycanın tarixində misilsiz, müstəsna rol oynamış şəxsiyyətdir. Ulu Öndər hər cəhətdən zamanını qabaqlayan liderlərdən idi. Heydər Əliyevin dahiliyi onda idi ki, o, bir çoxlarının vaxtında dərk edə bilmədiyi, anlaya bilmədiyi mətləbləri, hədəfləri öz uzaqgörənliyi sayəsində zamanında həll edə bilib. Bunun da sayəsində biz bu gün müasir, inkişaf etmiş, güclü bir dövlətdə yaşayırıq".

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova deyib: "Ümummilli Liderin irsi o qədər geniş böyükdür ki, onun öyrənilməsi araşdırılması üçün böyük İnstitutlar lazımdır. Ulu Öndər haqqında hansısa araşdırma aparmaq, məqalə yazmaq layihə üzərində işləmək böyük bir məsuliyyət tələb edir. Bu özlüyündə bir günün işi deyil, bunun hazırlanmasına illər lazımdır. Bu gün fəxr edirik ki, Ümummilli Lider Heydər Əliyev kimi rəhbərimiz olub o, özünün üstün şəxsiyyəti, hər hərəkəti ilə daim bizə örnəkdir. Bu gün Ulu Öndərin layiqli davamçısı İlham Əliyev onun vəsiyyətlərini, ideyalarını layiqincə həyata keçirir. Biz xoşbəxt xalqıq ki, belə bir dövlətdə yaşayırıq belə bir zəngin tariximiz var".

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub, həmçinin Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto kitab sərgilərinə baxış keçirilib.

X.NİZAMİOĞLU,

Respublika”.