Pərviz Şahbazov: “BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır”
İqtisadiyyat

Pərviz Şahbazov: “BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır”

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) ölkəsi olaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır. 

“Respublika” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. 

Əbu-Dabiyə səfəri zamanı P. Şahbazovun BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in prezidenti Sultan Əhməd Əl-Cabir ilə məhsuldar görüşü olub. 

“Yaşıl enerji sahəsində strateji tərəfdaşımız "Masdar” şirkəti ilə istehsal güclərinin yaradılması, elektrik enerjisinin ötürülməsi üzrə layihələrin icrasının sürətləndirilməsi, ADNOC şirkəti ilə “Abşeron Faza-I” layihəsi, apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan digər məsələlərlə bağlı müzakirələr apardıq”, - deyə nazir bildirib.