Pentaqon: İranın hücumu nəticəsində ABŞ tərəfindən 81 PUA və ən azı 6 ballistik raket vurulub
Dünya xəbərləri

Pentaqon: İranın hücumu nəticəsində ABŞ tərəfindən 81 PUA və ən azı 6 ballistik raket vurulub

ABŞ müdafiə nazirliyi (Pentaqon) bildirib ki, ABŞ aprelin 13-də İranın İsrailə hava hücumu zamanı atdığı raket və  pilotsuz uçuş aparatlarının (PUA) 87-ni zərərsizləşdirib.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder mətbuat konfransında məlumat verib.

O, bildirib ki, ABŞ mərkəzi komandanlığına (CENTCOM) görə, İran, İraq, Suriya və Yəməndən İsrailə 110 orta mənzilli ballistik raket, 30 qanadlı raket və 150-dən çox PUA hücumu edilib. Mətbuat katibi 81 PUA-nın və 6 ballistik raketin ABŞ tərəfindən vurulduğunu da qeyd edib.

Musa Bağırlı,

“Respublika”.