Paşinyan hakimiyyəti  davam etsə, Ermənistan adlı dövlət olmayacaq
Digər xəbərlər

Paşinyan hakimiyyəti  davam etsə, Ermənistan adlı dövlət olmayacaq

44 günlük Vətən müharibəsi Ermənistanın acınacaqlı məğlubiyyəti ilə başa çatdı. Azərbaycan qələbə qazanmasına baxmayaraq, Cənubi Qafqazda sülhün bərqərar olması üçün əməkdaşlıq təkliflərini irəli sürdü. Lakin Ermənistan hakimiyyəti ona uzanan sülh əlini dəyərləndirə bilmədi. Halbuki, sülh daha çox daxilində siyasi, sosial-iqtisadi problemlər yaşayan məğlub düşmən ölkəyə lazımdır.

Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələrkən erməni ictimaiyyətini çaşdırmaq aldatmaq üçün bütün vasitələrdən istifadə etdi, Qərbin yaxından dəstəyi ilə uğurlu informasiya manipulyasiyasını həyata keçirdi. Belə ki, əsas fəaliyyətinin Ermənistanda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasından ibarət olacağı, xalqın demokratikləşməsi istiqamətində təsirli addımlar atılacağı, vətəndaş cəmiyyətinin inkişaf etdiriləcəyi, siyasi plüralizm şəraitinin yaradılacağı ilə bağlı vədlər verən Paşinyan hakimiyyətə gəldiyi qısa zaman kəsiyində əsl sifətini göstərdi. Siyasi apponentlərinə qarşı sərt addımlar atmağa başlayan Ermənistan rəhbəri  nümayiş etdirdi ki, onun  demokratiya vətəndaş cəmiyyəti haqqında təsəvvürü belə yoxdur. Paşinyan hakimiyyətinin ilk beş illik fəaliyyət proqramına diqqət yetirdikdə aydın olur ki, o, Qərbin xüsusi təlimatları əsasında fəaliyyət göstərməkdən başqa heç bir görməyib. Paşinyanın hakimiyyətə gəlməsində Corc Sorosun rolu haqqında kifayət qədər fikirlər mövcuddur. Bu, həm onu şərtləndirdi ki, Paşinyanı hakimiyətə gətirən dairələr onun necə fəaliyyət göstərməsi barədə sistemli şəkildə təlimatlar ötürməkdədirlər. Təkcə Ermənistanın daxili sosial-iqtisadi, siyasi vəziyyəti ilə bağlı deyil, beynəlxalq münasibətlər sistemində Nikol olduqca diletant siyasətçi obrazını formalaşdırdı. Paşinyan hakimiyyətinin fəaliyyət planının əsas istiqamətlərindən biri olaraq seperatçı Qarabağ rejminin ayrıca bir tərəf kimi tanınması göstərilirdi. Lakin  Paşinyan keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsində sələflərindən fərqli mövqeyə malik olmadı. Onun sərgilədiyi yanaşma daha destruktiv idi, vəziyyəti gərginləşdirdi.

Azərbaycan 2020-ci ilin payızında öz iradəsi gücü ilə torpaqlarını işğaldan azad etdi, düşmənini olduqca ağır məğlub duruma saldı. Bu, Ermənistanın təkcə hərbi yox, həm sosial-iqtisadi məğlubiyyəti idi. 2020-ci ildən başlayaraq Ermənistanda çox dərin siyasi qarşıdurmalar böhran müşahidə olunmağa başlandı. Bu gün həmin siyasi gərginliyin əlamətləri sezilməkdədir. Qərbin dəstəyi olmasaydı, Nikolun hakimiyyətdə qalması mümkünsüz olardı. Çox təəssüf ki, Paşinyan hakimiyyəti Ermənistanda mövcud olmaqla, Cənubi Qafqaz regionunda gərginlik təhlükəsizliyə təhdidlərin artmasını şərtləndirən addımlar atmaqdadır. Qərbin Ermənistan hakimiyyətinə dəstəyi ikili standartlar siyasətinin göstəricisidir. Paşinyan kimi hüquq azadlıqdan bixəbər bir insan demokratiya sammitinə dəvət alır. Bu baxımdan, hesab edirəm ki, Ermənistan müstəqillik tarixində heç vaxt adekvat hakimiyyətə malik olmayıb. Ermənistanda Paşinyan hakimiyyəti davam edəcəksə ya ondan  sonra gələn siyasi rejim öz sələfləri kimi fəaliyyət göstərəcəksə, gələcəkdə Ermənistan adlı dövlətdən danışılmayacaq.

Nuranə DAXİLQIZI,

"Respublika".