Partlayışdan sonra Toyota istehsalı dayandırıb
Digər xəbərlər

Partlayışdan sonra Toyota istehsalı dayandırıb

Toyota Motor ehtiyat hissələri tədarükçüsü Chuo Spring Co fabrikində baş verən partlayışdan sonra 6 fabrikində istehsalı müvəqqəti olaraq dayandırıb.

"Respublika" xəbər verir ki, bu barədə yapon istehsalçısı Toyota şirkəti məlumat yayımlayıb.

Partlayışdan sonra ehtiyat hissələrin tədarükü çatışmazlığı səbəbindən Yaponiyada 6 fabrikdə 10 istehsal xətti müvəqqəti olaraq dayandırılıb.

Açıqlamada bildirilib ki, istehsal xətlərinin həftə ərzində yenidən nə vaxt işə salınacağı hələ məlum deyil.