ORTAQ TÜRK ƏDƏBİYYATINA TÖHFƏ
Türk dünyası

ORTAQ TÜRK ƏDƏBİYYATINA TÖHFƏ

Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatov "Manas"ı qırğız xalqının sinonimi adlandırmışdır. Əsər qırğız xalqının qəhrəmanlıq eposudur. Qırğızların qırxa yaxın xalq dastanı mövcuddur. Lakin xalqın "Manas"a olan münasibət sevgisinə görə digər dastanlar onun kölgəsində qalır. Dünya folklorunun şah əsəri olan "Manas" həm Azərbaycan xalqının sevimli dastanıdır. Hələ 1995-ci ildə "Manas-1000" beynəlxalq yubiley tədbirində ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Həmin tədbirdə türksoylu dövlət başçıları arasında ulu öndər Heydər Əliyevin çıxışı qırğız xalqı tərəfindən böyük rəğbət sevgi ilə qarşılanmışdır. Nümayəndə heyətinin tərkibində şair Adil Cəmil iştirak etmişdir. Şairin "Manas"a olan sevgisi hələ bu tədbirdən çox-çox qabaq yaranmış, o dövrə kimi isə Adil Cəmilin 32 səhifədən ibarət "Manas" kitabı işıq üzü görmüşdür. Lakin həmin yubiley tədbiri bu işi daha geniş şəkildə həyata keçirməyə təkan vermişdir. Belə ki, ulu öndər Heydər Əliyev şairə  tövsiyə edir ki, "Manas"ı daha iri həcmdə işləsin.

Adil Cəmil "Manas" eposunun S.Orozbəyov, S.Karalayev, B.Sazanov, A.Tınıbəyov, M.Bayciyev variantları əsasında qələmə aldığı eyniadlı dastan-poema ilə Azərbaycanda manasçılıq məktəbinin əsasını qoyan ilk müəllifdir. Adil Cəmilin "Elm təhsil" nəşriyyatında çapdan çıxan "Manas" dastan-poeması bu istiqamətdə atılan ən uğurlu addımlardandır. Dastan-poema sıradan tərcümə məhsulu deyil, şair əsərdə əsas süjet xəttini aparıcı qəhrəmanları saxlamaqla öz şair təxəyyülünün məhsulunu araya-ərsəyə gətirmişdir. Adil Cəmilin "Manas" dastan-poemasına ön söz yazan akademik Nizami Cəfərov əsəri hər iki xalqın ortaq mədəniyyəti, ədəbiyyatı kimi dəyərləndirmişdir.

Akademik Nizami Cəfərov yazır: "Qırğız, ümumən türk epik təfəkkürünün yaradıcı miqyasını bütün dünyaya nümayiş etdirən "Manas" eposunun  Azərbaycanda tanıdılmasında hələ ki, ən böyük xidmət Adil Cəmilə məxsusdur. Bir neçə on ildir ki, Adil Cəmil "Manas"la nəfəs alırməqalələri, kitabları nəşr olunur, müxtəlif türkoloji konfranslarda eposun dastançılıq ənənəsindəki yerini anladır, beynəlxalq məclislərdə Azərbaycan manasşünaslığını ləyaqətlə təmsil edir. Oxuculara təqdim olunan "Manas" dastan-poeması isə Adil Cəmilin, əgər belə demək mümkünsə, manasçılıq qabiliyyətini, bir az da dərinə getsək, "Manas" improvizasiyası məharətini ortaya çıxarır ki, bu, sadəcə, "Manas"a, onun ideya-məzmununa, süjet-kompozisiyasına, yarandığı dilin poetik texnologiyalarına bələd olmaqla bitmir; bu, ümumən "Manas"ı ərsəyə gətirmiş ( gətirməkdə davam edən) etnokulturoloji yaradıcı potensiyanı öz ruhunda, estetik yaddaşında oyatmaq, "danışmaq" deməkdir ki, bədii mətnin həm məzmun, həm forma, həm funksiya imkanlarında təzahür edir.

Düşmənlərin ardıcıl təzyiqləri ilə sıxışdırılaraq Altaya sığınmış qırğızların Vətənə - Talasa dönmək istəyi dastan-poemada təsvir olunan hadisələrin əsas hərəkətverici "generator"u kimi çıxış edir. "Manas"ın, ümumiyyətlə türk dastançılıq ənənəsinin mahiyyətinə təfsilatı ilə bələd olmasının nəticəsidir ki, şair demək olar ki, bütün təfərrüatlarında epik mehvərdən nəinki kənara çıxmır, əksinə, həmin mehvərin hüdudlarını daha da dəqiqləşdirən çalarlar, ştrixlər axtarır.

Dastan-poemanın uğurunu şərtləndirən ən mühüm cəhətlərdən biri heç şübhəsiz, müəllifin bu əsərə "Manas"ın tərcüməsi sahəsində qazandığı zəngin təcrübədən gəlməsidir. Əks halda, eposun təhkiyə tərzini, bədii intonasiyasını bu dərəcədə qoruyub saxlamaq, ritmini tutmaq mümkün deyil.

Etiraf etmək lazımdır kiazərbaycanlı müəllifin işini asanlaşdıran bir mühüm cəhət qırğız Azərbaycan dillərinin bir-birindən qədər uzaqlaşmış olsalar da, eyni kökdən nəşət etmələri, xüsusilə xalq yaradıcılığında çoxlu ortaq poetik maneralara dayanmalarıdır.

Dastan-poemada Manas qırğız igidlərini başına yığıb yadelli işğalçıları - Çin, əfqan xanlarını Türküstandan qovaraq yalnız qırğızların deyil, ümumən türklərin asayişini təmin edir. Əlbəttə, qırğız elinin möhtəşəm oğlu əkin-biçinə biganə olmasa da, onun ədəbi (tarixi) funksiyası bu deyildi. Odur ki, mübarizə yoldaşları incimiş qəhrəmanın könlünü almalı olurlar.

Bakay dedi: - Ər Manas,

Mənə yaxşı qulaq as.

Buraxıb xan taxtını

Talasdan nəyə gəldin?

Əkin-biçinçisən,

Taxıl əkməyə gəldin?

...Ana yurdu qorumaq

Sənin alın yazındır.

Bu sözlər Manasa təsir edir, o yenidən öz missiyasını davam etdirməyə qərar verir. yenə tamamilə təbiidir ki, apardığı mübarizədə çox böyük çətinliklərlə rastlaşmalı, həm daxili, həm xarici düşmənlərin iradəsini qırmalı olur. Xüsusilə qırğız xanlarının yığışıb Manasa qarşı çıxmaları həmin mübarizənin ( çətinliklərin) ən paradoksal səhnəsidir.

Lakin Manas heç bir ciddi səbəb olmadan ona qarşı yaranmış bu "qiyam"ın qarşısını ala, öz nüfuzu, tədbirli davranışı ilə qəsdçiləri susdurub iradəsinə tabe edə, xalqın səadəti naminə mübarizəyə yönəldə bilir. Çin üzərində parlaq qələbə qazansa da, düşmən Tanrıya ibadət edən Manası zəhərli nizə ilə xaincəsinə arxadan vurur. Bu ağır günlərdə Manasa təskinlik verən yeganə hadisə Çin səfərində olarkən oğlu Semeteyin dünyaya gəlməsidir. Lakin ölüm ayağında olan ata əmin deyil ki, onun məğlubiyyətinə sevinən daxili düşmənlər oğlunu salamat buraxacaqlar. Odur ki, arvadına vəsiyyət edir ki, Semeteyi alıb Buxaraya - atası evinə getsin:

Böyüyəndə oğlumuz

Ona məndən danış sən.

De ki, atadır Manas,

De ki, yurdundur Talas.

Dastan-poema - Manasın ölümü ilə başa çatır. Ancaq Ər Manasın bütün ədəbi-mədəni vücudu ilə diri olduğu yerlərin, mənəvi məkanların ünvanını hər kəs bilir ki, Azərbaycan manasçısının təlqin etmək istədiyi ideyanın mahiyyəti bundan ibarətdir".

Akademik Nizami Cəfərovun da qeyd etdiyi kimi, Adil Cəmilin "Manas" dastan-poeması bir xalqın qəhrəmanından qəhrəmanlığından  bəhs edənhəm ümumtürk ədəbiyyatında gözəl nümunədir.

Ramidə YAQUBQIZI,

"Respublika".