Ombudsman Ermənistan tərəfindən əsir götürülmüş hərbçilərimizlə bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi
Siyasət

Ombudsman Ermənistan tərəfindən əsir götürülmüş hərbçilərimizlə bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə qeyd edilib ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum olunublar. Bu müddət ərzində beynəlxalq hüququn beynəlxalq humanitar hüququn normalarına zidd olaraq onların müxtəlif işgəncələrə pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir.

"Bununla əlaqədar dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçularımıza qarşı qanunsuz qərarların qəbul edilməsinə rəvac verməklə beynəlxalq hüququn tələblərini növbəti dəfə kobud şəkildə pozub.

Günahsız hərbi qulluqçularımıza münasibətdə qərəzli qərarların qəbul edilməsi digər bu kimi təxribatçı addımların atılması iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan danışıqları pozmaq məqsədi daşıyır.

Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili olaraq, yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əsir götürülməklə qanunsuz həbs olunmuş hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün təsirli addımların atılmasını qəti şəkildə tələb edirəm", - deyə Səbinə Əliyevanın müraciətində vurğulanıb.