Ölkəmizdə insan hüquq və azadlıqları ali dəyər kimi
Digər xəbərlər

Ölkəmizdə insan hüquq və azadlıqları ali dəyər kimi

Hər kəsin doğulduğu andan etibarən toxunulmaz hüquqları azadlıqları var. Bu hüquq azadlıqlar şəxsin cəmiyyət digər şəxslər qarşısında məsuliyyətini vəzifələrini özündə ehtiva edir. Beynəlxalq aləmdə insan haqları BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsi ilə qanuniləşdirilib. Bu sənəddə qeyd olunub ki, hər bir insan onun mənsub olduğu irqdən, cinsindən, dildən, dindən, siyasi digər baxışlardan, milli sosial mənşədən, mülkiyyətdən, doğum başqa hallardan asılı olmayaraq, insan haqlarına azad olmaq hüququna malikdir. Vətəndaşın hüquqları isə onun mənsub olduğu dövlət tərəfindən müdafiə olunur. Ölkələrin konstitusiyalarında da insan haqları hüquq kimi xarakterizə edilir.

Dünyada söz sahibinə çevrilən Azərbaycanda da insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin təsdiqi, bir sıra uğurlu islahatların aparılması insan hüquqlarının müdafiəsi baxımından mühüm təcrübənin formalaşmasına imkan yaradıb. Azərbaycanın müasir inkişaf dövründə insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bu isə sözsüz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, respublikamızda insan hüquq azadlıqlarının qorunmasının əsası Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanan 1995-ci il noyabrın 12- referendum yolu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən müddəalarla qoyulub. Konstitusiyamız insan vətəndaş hüquq azadlıqlarını ali dəyər kimi qiymətləndirərək onlara hörməti, insan hüquq azadlıqlarının qorunmasını qanunvericilik, icra məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edib. Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan vətəndaş hüquqları azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalanıb, 1998-ci il 18 iyun tarixli Sərəncamla insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənib.

Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, bu sahədə 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. 1992-ci il martın 2-dən BMT-nin, 2001-ci il yanvarın 25-dən isə Avropa Şurasının üzvü olan Azərbaycan çoxlu sayda beynəlxalq müqavilənin iştirakçısıdır ki, bunların da təxminən yarısı insan hüquq azadlıqları ilə bağlıdır.

Heydər Əliyevin insan hüquqları barədə uğurlu siyasətini İlham Əliyev davam etdirib. Belə ki, dövlət başçısı 2006- il dekabrın 28- "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb. Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları sosial ədalət kimi fundamental əsasların möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 27- "Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. Milli Fəaliyyət Proqramı ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı dövlətin növbəti siyasi iradəsi olmaqla, insan vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verib.

Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquq islahatları Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da davam etdirilib. 30 dekabr 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edilib. Həmin qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi onun statusu ilə bağlı əlavə dəyişikliklər edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 fevral 2006- il tarixli üçüncü çağırış ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul olunub. 21 fevral 2006- ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi haqqında Fərman imzalayıb.

İnsan hüquqları sahəsində ardıcıl dinamik fəaliyyətə xüsusi diqqət yetirən respublikamız bu sahədə 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Bu gün Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir. Beynəlxalq qurumlar tərəfindən irəli sürülən tövsiyələr isə daim Azərbaycan Respublikası tərəfindən dövlətdaxili qanunvericiliyin təkmilləşdirilməsində istifadə edilir. Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq azadlıqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu gün insan hüquq azadlığı sahəsində Azərbaycan bir çox dövlətlər üçün nümunədir.

Jalə QASIMZADƏ,

"Respublika".