Ölkəmizdə Azərbaycan-Türkiyə birgə taktiki təlimi keçiriləcək
Gündəm

Ölkəmizdə Azərbaycan-Türkiyə birgə taktiki təlimi keçiriləcək

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri ölkəmizdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, birgə taktiki təlimin oktyabrın 23-25-də Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.