Ölkəmiz dəyişən dünya nizamına uğurla adaptasiya olur
Siyasət

Ölkəmiz dəyişən dünya nizamına uğurla adaptasiya olur

Dünyanın geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişir, planetar düzəndə yeni reallıqlar yaranır.

Ölkə başçımız İlham Əliyev bu il fevralın 18- Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışı zamanı demişdir: "...Birmənalı olaraq ümumi geosiyasi vəziyyət tamamilə dəyişib ola bilsin, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmasın. Beləliklə, biz bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinlikləri görə bilərik. Eyni zamanda, xüsusən daşımalar layihələrinə gəldikdə, bəzi üstünlüklər var. Azərbaycan uzun illər ərzində müasir daşımalar logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır".

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə Rusiya-Ukrayna müharibəsindən bəhs edərkən İkinci Dünya müharibəsindən sonra Avropanın ümumiyyətlə, dünyanın bu cür böyük sınaqla üz-üzə qalmadığını diqqətə çatdırmışdı.

Ukraynaya hərbi müdaxiləsindən sonra beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Şimal marşrutu ətrafında qeyri-müəyyənliklər yaratdı. Geosiyasi vəziyyət bu marşrutdan istifadə edən ölkələrdə enerji təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar doğurdu alternativ yolların araşdırılmasına səbəb oldu.Rusiyaya qarşı mövcud geosiyasi gərginlik iqtisadi sanksiyalar nəticəsində Avropanın maraqlı tərəfləri Rusiya ərazisindən keçən ticarət yolundan asılılığı aradan götürməyə çalışırlar. Yaranan qeyri-sabit vəziyyət isə Şimal marşrutu ilə bağlı əməliyyat riskini xərcləri artırıb.Məsələn, Qazaxıstanın əsas ixrac marşrutu Rusiya ərazisindən keçir. Lakin Rusiya-Ukrayna müharibəsi səbəbindən Qazaxıstan Rusiyadan asılılığını azaltmaq məqsədilə daha etibarlı ixrac marşrutu axtarır. Ötən il Qazaxıstanın Rusiyadan başqa marşrutlarla neft ixracı 2021-ci illə müqayisədə 638 min ton artaraq 1,8 milyon tona çatmışdır.

Avropa Asiyanın kəsişməsində yerləşən Azərbaycan Orta Dəhliz kimi çıxış edir ölkəmizin coğrafi mövqeyi əlverişli infrastrukturu onu bu yeni ticarət yolunun inkişafında potensial dayaq nöqtəsinə çevirir. Bu illər ərzində Azərbaycan ticarət dəhlizinin artan əhəmiyyətini nəzərə alaraq, strateji planlaşdırma infrastrukturun inkişaf yolunu hazırlamış, avtomobil yolları dəmir yolları da daxil olmaqla infrastrukturun inkişafına təkmilləşdirilməsinə böyük sərmayə qoymuşdur. Bundan əlavə, Azərbaycan daha böyük həcmdə yüklərin qəbulu səmərəli daşınmasının asanlaşdırılması üçün limanlarını genişləndirməyi planlaşdırır.

Bütövlükdə, Azərbaycan strateji mövqeyi, infrastrukturun inkişafına uzunmüddətli planlaşdırmaya fəal yanaşması ilə Orta Dəhlizin reallaşdırılmasında əsas oyunçu rolunu oynayır. Mühüm nəqliyyat qovşağına çevrilən ölkəmiz sürətlə inkişaf edən geosiyasi mənzərədə iqtisadiyyatın şaxələndirilməsi gücləndirilmiş milli təhlükəsizliyin təmin edilməsi istiqamətində strateji addımlar atır. Strateji transformasiya isə ölkə iqtisadiyyatının şaxələndirilməsi neft gəlirlərindən asılılığın azaldılması ilə yanaşı, həmçinin milli təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir. Bu mənada, türk dövlətlərinin, o cümlədən Azərbaycanın ərazilərindən keçən Orta Dəhliz müasir qlobal ticarət dinamikasında getdikcə aktuallaşır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması üçün qarşı tərəfə sülh təklif etdi. Ermənistan isə ziddiyyətli fikirləri, qeyri-konstruktiv əməlləri ilə sülh müqaviləsini bugünədək imzalamayıb. Dəfələrlə Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə, Soçidə iki ölkə lideri arasında görüşlər keçirilsə Ermənistan baş naziri gah -nin vasitəçiliyi ilə əldə olunan razılaşmaya meyil edir, gah da Rusiyanın Qarabağ məsələsini gələcək tarixə qədər müzakirədən çıxarmaq təklifinə tərəfdar çıxır. Çünki Rusiya sülhməramlılarını qeyri-müəyyən müddətə Ermənistan-Azərbaycan sərhədində saxlamağa çalışır. Ölkə başçımız isə Bakı İrəvanın hazırda daimi sülh sazişinin əldə olunması üçün çalışdığını bunun gec-tez yekunlaşdırılacağını bildirib. Bu mənada, Azərbaycanın 2025-ci ildə Rusiyanın qondarma sülhməramlılarının beşillik mandatını yeniləyəcəyi ehtimalı demək olar ki, yoxdur, çünki onlar bu müddətdə öz missiyalarını yerinə yetirmədilər Qarabağda Ermənistanın qeyri-qanuni hərbi birləşmələrinin mövcudluğuna birbaşa ya dolayısı ilə kömək etdilər. Ümumiyyətlə, son üç onillikdə Kreml Moldovanın Dnestryanı, Gürcüstanın Cənubi Osetiya Abxaziya, Azərbaycanın Qarabağ bölgəsindəki dondurulmuş münaqişələri həll etmək niyyətində olmayıb.

İran da dünya düzəninin formalaşdığı bir dövrdə ölkəmizə olan düşmənçilik münasibətini açıq-aşkar göstərdi. Bu, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktında, İranın dəstəklədiyi ekstremistlərin xüsusi xidmət orqanlarının təxribatlarında, İkinci Qarabağ müharibəsindən əvvəl postmüharibə dövründə Ermənistanla güclənən hərbi ittifaqda, Azərbaycana qarşı təhdidlərdə özünü bir daha göstərdi. Həmçinin Azərbaycanla ümumi sərhədin böyük hissəsini təşkil edən Araz çayını keçərək sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirməsi, Ermənistanın Azərbaycana məxsus məscidləri abidələri özününküləşdirmək, toponimləri dəyişdirməklə azərbaycanlı izini silmək cəhdini dəstəkləməsi İranın düşmənçilik mövqeyinin təzahürüdür. İstər qərb, istərsə cənub qonşusunun düşmənçilik mövqeyi, təxribatları ölkəmizin dinamik surətdə inkişafına, dünyada qazandığı nüfuzuna xələl gətirə bilmir, əksinə Azərbaycan öz mövqelərini daha da möhkəmləndirir, beynəlxalq əlaqələrini şaxələndirir.

Azərbaycan Avropaya enerji ixracını artırmağı planlaşdırır ki, bu da Gürcüstandan keçən boru kəmərləri vasitəsilə neft qazın həcminin artması deməkdir. Ölkə başçımız bildirmişdir ki, təbii qazın ixracı üçün Bakı-Tbilisi-Ceyhan boru kəmərinin yüklənməsi artırılacaq hazırda müvəqqəti olaraq dayandırılmış Bakı-Tbilisi terminalı da istifadəyə veriləcək. Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə Azərbaycanın Gürcüstanın ən mühüm strateji tərəfdaşı olduğunu qeyd etmişdir.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Mərkəzi Asiya ölkələri öz enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün daha əlverişli etibarlı tərəfdaş olaraq Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Bir sıra iri regional beynəlxalq enerji layihələrinin təşəbbüskarı icraçısı olan Azərbaycan həm enerji təhlükəsizliyinə, həm regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini verir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Avropa digər beynəlxalq bazarlara Azərbaycanın Mərkəzi Asiyanın enerji resursları daşınır. Bu isə ölkəmizin həm tranzit ölkə kimi əhəmiyyətini artırır. Azərbaycan son onilliklərdə müasir infrastrukturun qurulmasına böyük həcmdə sərmayə yatırıb. Mərkəzi Asiyadan yükdaşımaların Azərbaycandan keçərək Avropaya yönləndirilməsi isə əlavə imkanlar yaradır.

Bu il mart ayının 2- Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev demişdir: "Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində hiss olunur…. Biz suverenliyə, milli sahibliyə, bərabərliyə qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını daha da gücləndirməliyik".

Bu gün Azərbaycan məqsədyönlü siyasət həyata keçirərək dünyadakı yerini müəyyənləşdirmiş, inkişaf strategiyası ilə regionun lider dövlətinə çevrilmişdir. Dünya birliyində müstəqil dövlətimizin təşəbbüsləri, sülhə, əmin-amanlığa verdiyi töhfələr, təhlükəsizlik məsələsində uğurlu addımları yüksək qiymətləndirilir. Bütün bunlar Azərbaycanın dəyişən geopolitik düzənə ən yaxşı formada adaptasiya olduğunu göstərir.

Mehparə ƏLİYEVA,

"Respublika".