Nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq önəmini artırır
Siyasət

Nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq önəmini artırır

Son onilliklər ərzində Azərbaycan qoşulduğu bütün beynəlxalq yerli layihələrdə öz töhfəsini vermişdir. Böyük əhəmiyyət kəsb edən irimiqyaslı layihələr ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadığı kimi, eyni zamanda dünya dövlətlərinə geniş imkanlar yaradır. Azərbaycan qədim İpək yolunun üzərində yerləşdiyi üçün həm tranzit ölkə kimi böyük əhəmiyyətə malikdir. Bu mənada, bir çox dövlətlər üçün Azərbaycan əlverişli tərəfdaşdır. Ölkəmiz həm Şimal-Cənub, həm Şərq-Qərb dəhlizindən istifadə edən dövlətlər üçün ən etibarlı səmərəli məkandır.

Artıq ikinci ildir ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Nəticədə, Şimal-Cənub dəhlizinin aktuallığı xeyli zəifləyib, baş verən münaqişə səbəbindən dəhlizə dünyanın marağı azalıb. Bu isə Şərq-Qərb kommunikasiya sisteminin inkişafına zərurəti artırır. Reallıq ondan ibarətdir ki, son zamanlar Şərq-Qərb dəhlizi böyük dövlətlərin maraq dairəsindədir. Ölkəmiz Şərq-Qərb dəhlizinin əsas logistik məkanlarındandır. Bu sahədə Azərbaycan bağlayıcı ölkə kimi ən vacib halqanı təşkil edir. Hələ, 2014- ildən Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna Türkiyə dəmir yolu, gəmiçilik liman administrasiyalarının iştirakı ilə yaradılan Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Avropa Birliyi arasında yükdaşımaların artırılmasına xidmət edir. Bu dəhliz vasitəsilə hərəkət edən qatarlar yükləri orta hesabla 10-12 günə Çindən Avropaya çatdırır. Ümumilikdə, Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə daşınır. Birincisi, Gürcüstan Poti Batumi limanları vasitəsilə, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Məhz Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars layihəsi Orta Dəhliz vasitəsilə yükdaşımaların xərclərini xeyli azaldaraq, tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir. Bütün nəqliyyat yollarına nəzər salanda görürük ki, bu yolların əsas kəsişmə birləşmə nöqtəsi Azərbaycandır. Sözsüz ki, son illərin gedişatı iqtisadi əlaqələr onu göstərir ki, gələcəkdə Azərbaycan bu sahədə bir mərkəzə çevriləcək. Çünki ölkəmiz həm təhlükəsizlik, həm qısa yol, həm sərfəli tranzit baxımından dünya üçün olduqca əlverişlidir. Yəni Azərbaycanın bu istiqamətdə aktivliyi getdikcə daha da artır. Əlbəttə ki, yaxın gələcəkdə reallaşacaq Zəngəzur dəhlizi bu mənada böyük əhəmiyyət kəsb edir.

Bu dəhliz Şərq-Qərb marşrutu üzərində ən qısa yoldur. Bu da bir çox dövlətlərə həm xərc, həm vaxt baxımından çox sərfəlidir. Nəticədə, Zəngəzur dəhlizi Şərq-Qərb logistikasına marağı olduqca artırır. Son illər ölkəmizin ev sahibliyi etdiyi bir çox layihələr beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına təkan verir. Hazırda ölkəmizdə yüklərin Şərq-Qərb istiqamətləri üzrə daşınması üçün müasir standartlara cavab verən nəqliyyat infrastrukturu yaradılıb.

Ümumilikdə götürdükdə isə Azərbaycan istər Şimal-Cənub, istərsə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın mühüm nəqliyyat logistika qovşağına çevrilməsi Xəzəryanı ölkələrin bütün potensialının ortaya çıxmasına şərait yaradır.

Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmiz üçün faydalı olduğu kimi, Xəzəryanı dövlətlərə geniş imkanlar perspektivlər yaradır. 2000-ci ildə Rusiya Hindistan arasında bağlanmış sazişə əsasən yaradılan Şimal-Cənub nəqliyyat dəhlizinə Azərbaycan 2005-ci ildə qoşulmuşdur. Dəhliz yüklərin qısa müddətə Hindistandan Baltikyanı ölkələrə kimi daşınmasını təmin etmək məqsədilə yaradılmışdır. Bir neçə Xəzəryanı dövlətlər bu dəhlizdə iştirak edir. Bu, həm o dövlətlərin iqtisadiyyatının inkişafına böyük təkan verir. Şərq-Qərb nəqliyyat dəhlizi isə bütün Xəzəryanı dövlətləri əhatə edir. Bu nəqliyyat vasitəsilə Çindən Avropaya yüklərin daşınmasını təmin edilir. Azərbaycan Şərq-Qərb nəqliyyat vasitəsinin əsas təkanverici hərəkətverici qüvvələrindədir.

Ramidə YAQUBQIZI,

"Respublika".