Nə istədiyini özü də bilməyən mənfur qonşumuz
Digər xəbərlər

Nə istədiyini özü də bilməyən mənfur qonşumuz

Cənubi Qafqazda hadisələrin gedişinə nəzər saldıqda sülhün, əmin-amanlığın bərqərar olmasına imkan verməyən, regionda xalqların mehriban qonşuluq şəraitində yaşamasına maneçilik törədən Ermənistanın istədiyini anlamaq olmur. 30 il müddətində, yəni İkinci Qarabağ müharibəsi başlayana qədər Ermənistanın istəyi məlum idi: Azərbaycan ərazilərinin işğalını davam etdirmək, bu torpaqların zəngin yeraltı-yerüstü sərvətlərini mənimsəmək, üstəlik ərazilərini özgə torpaqları hesabına daha da genişləndirmək. Məqsədinə çata bilməyən zavallı Ermənistan iki ildən çoxdur ki, kələfin ucunu itirib. istədiyini heç özü bilmir.

İkinci Qarabağ müharibəsində məğlub olduqdan sonra kapitulyasiya aktı imzalasa da, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı. Soçidə, Brüsseldə keçirilən görüşlərdə verdiyi vədlərə əməl etmədi. Hətta, ötən il avqustun 31- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyan arasında baş tutan görüşdə sülh razılaşması, humanitar, sərhəd kommunikasiya məsələləri istiqamətində bəzi addımlar atılmış, iki ölkə arasında sülh müqaviləsinin bağlanması prosesinin sürətləndirilməsi ilə bağlı razılığa gəlinmiş ölkələrin xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilmişdir. Humanitar məsələlər, eləcə minaların təmizlənməsi, əsir itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılmışdır. Eyni zamanda, Sərhəd Komissiyasının növbəti iclasının ötən il noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəlinmiş, sərhədlərin delimitasiyası, eyni zamanda nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlər müzakirə edilmişdir. Sonuncu Brüssel görüşündə bir ay müddətində hər iki ölkənin xarici işlər nazirliyinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olunmuş, ən əsası isə sülh müqaviləsinin rəsmi Bakının irəli sürdüyü Ermənistanın qəbul etdiyi beş prinsip əsasında imzalanacağı bildirilmişdi. Həmçinin tərəflər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər barədə fikir mübadiləsi aparılmışdır.

Ötən il oktyabr ayının 6-da isə "Avropa siyasi birliyi"nin yeni platforması çərçivəsində Praqada Azərbaycan, Fransa Ermənistan liderlərinin, Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə baş tutan dördtərəfli görüşün sonunda qəbul edilmiş bəyanatla ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü suverenliyi tanınmış BMT nizamnaməsinin əsas sənəd olaraq götürülməsi nəticəsində Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha öz təsdiqini tapmışdı. Liderlər, həmçinin sərhədlərin delimitasiyası üzrə iki ölkənin xarici işlər nazirlərinin ikinci görüşünün tezliklə keçirilməsi bundan sonra sülh müqaviləsinin mətninin hazırlanmasının vacibliyini qeyd etmişdilər. Lakin bütün bunlara baxmayaraq, Ermənistan hər görüşdən sonra verdiyi vədləri yerinə yetirmir, vəziyyətin normallaşması deyil, əksinə, daha da pisləşməsinə xidmət edən əməllər törədir. Ötən ilin sonunda artıq sülh sazişinin imzalanmasının reallaşacağına ümidlər yarandığı halda, Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi səbəbindən hələ iki ölkə arasındakı münasibətləri normallaşdıracaq sənədin imzalanması istiqamətində Ermənistan tərəfindən real addımlar atılmır.

Kapitulyasiya aktını imzalayarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən, sülh müqaviləsini imzalamayan, Azərbaycanla sərhəddə mütəmadi olaraq təxribatlar törədən, bütün bu əməlləri ilə regionda sülhü təhdid edən Ermənistan hələ Qarabağda yaşayan erməni vətəndaşlarına xüsusi imtiyaz, status da tələb edir. Çirkin əməllərindən, riyakarlığından əl çəkməyərək 30 il dadı damağında qalan sərvətlərimizi bu gün talayır. Buna mane olan azərbaycanlı ekofəalların keçirdikləri dinc aksiyanı isə bütün dünyaya Azərbaycanın Qarabağda yaşayan erməniləri blokadaya salması kimi təqdim edir. Bütün bunlar göstərir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki zəfərindən sonra hələ özünə gələ bilməyən Ermənistan istədiyini heç özü bilmir. Üçüncü müharibə istəyirsəaxı, ikinci müharibəni başa çatdıra bilməyib kapitulyasiya aktı imzalayaraq işğal etdiyi ərazilərin bir hissəsini hərbi əməliyyatlarsız geri qaytaran, qarşısındakı ordunun, onun sərkərdəsinin gücünü görən yelbeyin niyə bunu istəsin. Yox, əgər sülhə, barışığa gəlmək istəyirsə, onda gərək toyunda yallı gedən bacısına da, yasında ağı deyən mollasına, yaxud da ölkəsində söz sahibi olan Sorosa desin ki, daha bura qədərmiş. Hər bir halda müstəqil qərar verə bilməyən bu işğalçı ölkənin başbilənləri istədiklərinə qərar verməlidirlər.

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə televiziya kanallarına müsahibəsi zamanı bu barədə demişdir: "Ermənistan istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası "Dağlıq Qarabağ problemi" ilə məşğul olmaq istəyirlər. Ona görə onlar özləri üçün bunu müəyyən etməlidirlər düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqe varsa, - çatdırmalıdırlar".

Hamı bilir ki, Ermənistanın öz siyasi mövqeyi yoxdur, bu ölkədə müstəqillik formal xarakter daşıyır. Verdiyi heç bir sözə əməl etməyən, riyakar, təxribatçı hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistanı Soros rejimi idarə edir. Özbaşına qərar verə bilməyən Ermənistan əvvəl-axır istədiyini bildirməlidir. Sözsüz ki, buna cəsarəti çatacaqsa

Mehparə ƏLİYEVA,

"Respublika".