Müstəqilliyimizin əbədiliyi naminə misilsiz xidmət
Siyasət

Müstəqilliyimizin əbədiliyi naminə misilsiz xidmət

Zaman ötdükcə həyatda baş verən çox vacib hadisələr belə yavaş-yavaş unudulur. Ancaq xalqımızın yaddaşına əbədi həkk olunmuş elə tarixlər var ki, ona zaman da təsir edə bilmir. 1993- il iyunun 15-i məhz belə tarixlərdəndir. Bəli, həmin gün ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətimizin xilas anının başlanğıcı - Milli Qurtuluş Günüdür.

30 il bundan öncə, 1993- ilin iyun ayının əvvəlində ölkəmizdə cərəyan edən hadisələr hər birimizin yadındadır. Həmin vaxt Azərbaycan dövlətçiliyi müstəqilliyi təhlükə qarşısında idi. Baş vermiş qarışıqlıqdan xarici daxili qüvvələr hər vasitə ilə istifadə etməyə fürsət gözləyirdilər. Hakimiyyət dairələri çaşqınlıq içərisindəydi, ölkə başlı-başına qalmışdı. Surət Hüseynov silahlı qüvvələri ilə Azərbaycanın paytaxtına yaxınlaşırdı. O, respublikanın bir neçə rayon şəhərlərində yüksək vəzifələrə öz nümayəndələrini yerləşdirirdi. Günlər ötdükcə təhlükə artırdı.

Belə təhlükəli vaxtda xalqın təkidli xahişi ilə Heydər Əliyev bir daha Vətəninə, millətinə olan məhəbbətini nümayiş etdirib iyunun 9-da Bakıya gəldi. "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə inkişaf etməsinə sərf edəcəyəm. Buna heç kimin şübhəsi olmasın. İkincisi, mən heç bir vəchlə bir daha Azərbaycanın başqa bir dövlətin tərkibinə daxil olmasına öz imkanlarım qarşısında yol verməyəcəyəm...". Heydər Əliyev iyunun 15- Ali Sovetin sədri seçildikdən sonra Milli Məclisdə söylədiyi bu sözlərin hamısını reallaşdırdı, yerinə yetirdi. O, əvvəlcə ölkəni quldur, separatçı qüvvələrdən təmizlədi, sonra isə müstəqil dövlət quruculuğuna başladı.

O illərdə Azərbaycan siyasi-iqtisadi böhran içində boğulan, yarıdağılmış bir məmləkət idi. Ulu öndər çıxışlarının birində bu barədə demişdir: "Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar on gündür ki, barmaq-barmağa vurmayıblar. Kabinetlərdə boş-boş şayiələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm". Bəli, məhz bu fəaliyyətin hesabına bu gün Azərbaycan yaşayır, tərəqqi edir. Hazırda vətənimiz öz iqtisadi inkişafına göstəricilərinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur xalqımızın rifahı qabaqcıl dövlətlərlə müqayisə olunur.

Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz Heydər Əliyev kimi böyük şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.

Müstəqilliyin bərpasından sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri 1995-ci ildə referendum yolu ilə qəbul olunan ilk milli Konstitusiyamızdır. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ölkəmizin əsas qanunu beynəlxalq standartlara cavab verən mütərəqqi Konstitusiyadır. Müasir Azərbaycan cəmiyyətinin ən yüksək demokratiya ideallarına uyğun inkişaf etmək istəyi bu Konstitusiyanın bütün müddəalarında qabarıq şəkildə özünü büruzə verir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın qəbul edilməsinin ilk təşəbbüskarı müəllifi məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Qeyd etmək lazımdır ki, 1993- ilədək Azərbaycanın yeni Konstitusiyasının hazırlanmasına müəyyən təşəbbüslər göstərilsə , bir sıra səbəblərdən bu reallaşmamışdır. Belə ki, o dövrdə respublikada ictimai-siyasi sabitlik əldə edilməmiş, rəhbərlikdə olanların isə bu sabitliyi yaratmağa səriştə bacarıqları çatmamışdır.

Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik bərpa olunmuş, bundan sonra hadisələrin inkişafı yeni Konstitusiyanın hazırlanmasını sürətləndirmişdir. Ümummilli liderimiz yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun".

Nəticədə beynəlxalq prinsiplərə cavab verən, bazar iqtisadiyyatına keçidi tənzimləyən demokratik, dünyəvi dəyərləri özündə əks etdirən Konstitusiya layihəsi hazırlandı. Əsas Qanun 27 noyabr 1995-ci il tarixdə qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının mütərəqqi cəhətlərindən biri insan hüquq azadlıqlarının ali dəyər kimi qəbul edilməsidir. Belə ki, Konstitusiyanın üçdəbir hissəsi insan hüquq azadlıqlarına həsr olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu bütövlükdə xalqımızın müstəqillik tarixində əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası özündə əks etdirdiyi mütərəqqi müddəalar, bəşəri dəyərlər baxımından əvəzolunmazdır. Əsas Qanunumuz Azərbaycan Respublikasında həyata keçirilən bütün islahatların mənbəyidir. Məhz Konstitusiyamızda bəyan edilən prinsiplərə əsaslanaraq ölkəmizdə demokratik quruluşa nail olmaq mümkün olmuşdur.

Qəbul edilmiş bu Konstitusiya köklü məhkəmə-hüquq islahatlarının aparılmasının da əsasını qoydu. Hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə 1996- ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Hüquq İslahat Komissiyası, 1998-ci ildə isə dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış 1997-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş "Məhkəmə hakimlər haqqında" Azərbaycan Respublikası Qanunu ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla məhkəmələrin müstəqil, yalnız qanun çərçivəsində fəaliyyət göstərməsinə imkan yaratdı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış vacib qanunlardan biri Azərbaycan Konstitusiyasının aliliyinin təmin edilməsinə yönəlmiş "Konstitusiya Məhkəməsi haqqında" Qanunun qəbul edilməsi oldu. Konstitusiya Məhkəməsinin təşkil olunması isə hüquqi-demokratik dövlət qurmaq amalı ilə yaşayan Azərbaycan xalqının müasir tarixində mühüm bir hadisə sayılmalıdır. Komissiya tərəfindən hazırlanmış "Vəkillər vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Notariat haqqında" sairə qanunların qəbulu xüsusi əhəmiyyətə malikdir.

Ölkəmiz 1996-1997-ci illərdə insan hüquq azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri BMT Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandumdur. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qanunvericilikdə insan vətəndaş hüquqlarının azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin istiqaməti konsepsiyası dəqiq müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixində Azərbaycan Prezidentinin Fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur.

Ölkəmizdə ölüm cəzası 1998-ci il fevralın 10-da ləğv edilmiş, Azərbaycan Şərqdə bu qətiyyətli tarixi qərarı verən ilk dövlət olmuşdur. Yüksək humanizm insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, 2001-ci il yanvarın 25- müstəqil respublikamız Avropa Şurası kimi mötəbər bir təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğun təkmilləşdirilməsinə, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.

Ümummilli liderimiz Heydər Əliyev hər zaman dövlət milli maraqları əsas tutaraq düşünülmüş, çevik xarici siyasət aparmışdır. Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmişdir. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

Konstitusiyada ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində gələcək inkişaf yolları müəyyən edilmiş, hakimiyyət bölgüsü dəqiq ifadəsini tapmış, Azərbaycan dövləti insan hüquqları azadlıqlarının müdafiəsini özünün ali məqsədi olduğunu bütün dünyaya bəyan etmişdir. Ölkənin əsas qanunu qəbul edildikdən sonra hüquqi islahatların həyata keçirilməsi zəruri məsələyə çevrilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün bu məsələləri uğurla reallaşdırdı.

Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə əlverişli şərait yaratmışdır.

1993- ildən başlayaraq Azərbaycan özünün sağlam bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli iqtisadiyyatını qurmağa başladı, təbii ehtiyatlarına, insan potensialına digər şərtlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı. Məhz Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir ki, bazar münasibətləri prinsipi üzərində qurulmuş Azərbaycan milli iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası təmin edilmişdir.

Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanmışdı. Ulu öndərin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə əlverişli şərait yaratdı. İmzalanan neft müqavilələri, reallaşan iqtisadi proqramlar hesabına Azərbaycan qısa zamanda tərəqqi etdi, gücləndi.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun uğurları müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük əzm qətiyyətlə davam etdirdiyi sosial-iqtisadi siyasət strategiyası yeni-yeni nailiyyətlərə yol açır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə reallığa söykənən adekvat addımlarla ölkəmizin dinamik yüksəlişini təmin etmiş, yeni dövrün tələbi kimi qarşıda duran prioritet vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha çevikliyinə, işləkliliyinə nail olmuşdur. Bunun nəticəsi kimi müstəqil Azərbaycan iqtisadi cəhətdən günbəgün möhkəmlənir, qüdrətlənir, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq şəkildə büruzə verir. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin siyasi fəaliyyəti dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilir. Möhtərəm Prezidentimizin bütün fəaliyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasına, ölkəmizin mövqelərinin daha da möhkəmləndirilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, Milli Ordunun qüdrətlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına, yeni yerlərinin açılmasına istiqamətlənib. Azərbaycan Prezidenti öz məntiqli diplomatik fəaliyyəti ilə Avropa inteqrasiyasına öz sadiqliyini nümayiş etdirir, münaqişələrin beynəlxalq hüququn norma prinsipləri əsasında həllini yeganə variant hesab etməklə sülh tərəfdarı olduğunu bəyan edir. Ölkəmiz dünyanın super dövlətləri ABŞ Rusiya ilə eləcə regiondakı qonşu dövlətlərlə, həmçinin MDB üzrə tərəfdaşlarla qarşılıqlı şəkildə əlaqələrini möhkəmləndirməkdə davam edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki bazasının yeniləşdirilməsinə, hərbçilərin döyüş əhvali-ruhiyyəsinin yüksəldilməsinə, etibarlı hərbi-sənaye kompleksinin yaradılmasına böyük önəm verilir. Bu gün Cənubi Qafqazda ən güclü, ən qüdrətli ordu Azərbaycan Ordusudur. Bunu Azərbaycan əyani şəkildə sübut etdi.

Bu gün xalqımız 44 günlük müharibənin qələbə sevincini yaşayır. 2020-ci il sentyabrın 27- Ermənistanın təxribatlarına cavab olaraq şanlı ordumuzun əks-hücum əməliyyatı nəticəsində otuz ilə yaxın müddətdə işğalda olan torpaqlarımız azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əsgər zabit heyəti böyük şücaət göstərərək düşmən ordusunu darmadağın etdi, onu diz çökdürdü. Bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edib.

Bəli, bu gün Azərbaycan sürətlə inkişaf edir, qüdrətli dövlətə çevrilir. Bunlarsa ulu öndər Heydər Əliyevin dövlət quruculuğunda müəyyənləşdirdiyi düzgün strategiyanın bu strategiyanın hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi hesabına mümkün olub.

Hökümə BABAYEVA,

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, İnzibati Kollegiyanın sədri.