Müdafiə Nazirliyi:  İtkin düşmüş baş leytenant Fuad Bağırovun nəşi tapılıb
Sosial həyat

Müdafiə Nazirliyi:  İtkin düşmüş baş leytenant Fuad Bağırovun nəşi tapılıb

Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyətinin və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

AZƏRTAC