Müdafiə Nazirliyi: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik
Məlumat

Müdafiə Nazirliyi: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik

Oktyabrın 2-si saat 14:25 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinə ərzaq aparan avtomobil texnikasına atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.