Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub
Dünya xəbərləri

Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub

Monqolustanda ilin əvvəlindən bəri 29 təbiət yanğını qeydə alınıb. Nəticədə 70 min 172 hektar meşə və otlaq sahəsi sıradan çıxıb.

"Respublika" Sinxua agentliyinə istinadla xəbər verir ki, meşə yanğınlarının əsas səbəbinin səhlənkarlıq olduğunu bildirən Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi əhalini hazırkı küləkli havada və quraqlıq şəraitində ocaq qalamamağa, sönməmiş siqaret kötüklərini yerə atmamağa çağırıb.

Qeyd edək ki, Monqolustanın sərt kontinental iqlimi var və yaz aylarında hava adətən quru və küləkli olur.