MN: Xankəndi-Xəlfəli-Turşsu yolundan Rusiya sülhməramlılarının müşayiəti ilə hərbi daşımalar həyata keçirmək qəbuledilməzdir
Digər xəbərlər

MN: Xankəndi-Xəlfəli-Turşsu yolundan Rusiya sülhməramlılarının müşayiəti ilə hərbi daşımalar həyata keçirmək qəbuledilməzdir

Martın 5- Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 7- gün ərzində Ermənistan silahlı qüvvələri qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır dərhal dayandırılmalıdır.

Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat digər hərbi vasitələrin çatdırılması, eləcə bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal birdəfəlik son qoyulmasa, Ermənistanın qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.

Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini labüdlüyünü bir daha təsdiq edir.