MN: Ordumuzun bölmələrinin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır
Digər xəbərlər

MN: Ordumuzun bölmələrinin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - deyə Müdafiə Nazirliyindən bildirilir.